Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib. ASA-dan banco.az-a verilən məlumata görə, görüşdə ASA-nın sədri Mustafa Abbasbəyli, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədri Anar Bayramov və müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “Paşa Sığorta” Şirkətinin nümayəndələri və bu sahə üzrə məsul şəxslər iştirak edib.
Həkimlərin peşə məsuliyyətinin sığortası üzrə işçi qrupunun görüşü keçirilib