Yapı Kredi Bank Azərbaycan yazın gəlişi ilə əlaqədar World Üzv Marketlərdə yeni kampaniyaya başlamışdır.
Market alış-verirşləri Worldcard-la 3 hissədə


Yapı Kredi Bank Azərbaycan yazın gəlişi ilə əlaqədar World Üzv Marketlərdə yeni kampaniyaya başlamışdır.
Expressbank bank kartlar üzrə şərtləri sadələşdirərək, müştərilərə ödənişsiz əsasda təklif edir. Belə ki, hesaba minimum 400 AZN ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə edə bilərlər.
Azərbaycan Respublikası Mərkəzi Bankının ölkəmizdə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsi istiqamətində apardığı fəaliyyət proqramı çərçivəsinə banklar arasında növbəti stimullaşdırıcı kampaniya keçirilmişdir.
Hər zaman müştərilərinə dəyər verən “DəmirBank” bugün də öz dinamik inkişafını davam etdirməkdədir. Bunun göstəricisi olaraq, 1 aprel 2015-ci il tarixinə olan məlumata görə, “DəmirBank” 478.5 mln. manat məbləğində aktivləri ilə Azərbaycanda öncül banklar sırasına daxildir. Bankın məcmu kapitalı 1 aprel 2015-ci il tarixinə 58.8 mln. manat təşkil etmişdir ki, bu da mərkəzi Bankın məcmu kapitala olan tələbini 8.8 mln manat üstələyir.
29 may 2015-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbəti ümumi yığıncağının katibinin seçilməsi, bankın 2014-cü ilə olan maliyyə hesabatlığına baxılması məsələləri, eləcə də bankın 2014-cü ilə olan mənfəətinin bölüşdürülməsi və dividendlərin ödənilməsi haqqında təklifləri daxildir.
“DəmirBank”ın təqdim etdiyi “DəmirTaksit” kredit kartı ilə hər mövsüm alış-verişləri rahat şəkildə gerçəkləşdirmək mümkündür. 35 mindən çox istifadəçisi olan “DəmirTaksit” kartı Azərbaycanda və eləcə də, dünyanın 200-ə qədər ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədi ilə istifadə edilir.
Expressbank-ın aktivləri 1 aprel 2015-cü il tarixinə 290,9 mln. manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə bu dövr ərzində 18,9 mln. manat və ya 10,1 % artaraq 206,8 mln. manat olub.
İpoteka kreditlərinə tələbatı nəzərə alaraq “DəmirBank” həm öz vəsaiti hesabına, həm də Dövlət proqramı çərçivəsində Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına əhaliyə adi və sosial ipoteka kreditləri təklif edir.