Unibank-ın peşə bayramları ərəfəsində keçirdiyi xüsusi kampaniyalar artıq ənənə halı alıb. Növbəti belə kampaniya isə Daxili İşlər Nazirliyinin əməkdaşları üçün nəzərədə tutulub. İyulun 11-dək davam edən kampaniya çərçivəsində, DİN əməkdaşları Unibank filiallarına müraciət edərək komissiyasız nağd kredit əldə edə biləcəklər. Kampaniya həm manat, həm də dollar kreditlərinə şamil olunur. Hərbiçilər və dövlət qulluqçuları üçün nəzərdə tutulan kampaniya da bank tərəfindən iyulun 11-dək uzadılıb.
UNİBANKdan 0% komissiyalı kredit

