Banco.az | Tezliklə

Pul bazası ötən ay 1 milyard manatdan çox azalıb

Banco.az Mərkəzi Banka istinadən məlumat verir ki, 2015-ci ilin noyabrın 30-na Azərbaycanda genişləndirilmiş pul bazası 5 mlrd. 787,4 mln. manat təşkil edib, bu da ötən ayla müqayisədə 1 mlrd. 114,4 mln azdır.

Azərbaycanca

Dolların rəsmi məzənnəsi 1,58 manata enib

Azərbaycan Mərkəzi Bankı (AMB) sabaha olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi fevralın 3-ə 1,5894 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5940 manata bərabər olub.

Azərbaycanca

Mərkəzi Bankın valyuta ehtiyatları bir aya 618 mln. dollardan çox azalıb

Banco.az Mərkəzi Bankın statistik məlumatlarına əsasən xəbər verir ki, rəsmi valyuta ehtiyatlarının həcmində azalma baş vermişdir.

Azərbaycanca

Debet və kredit kartlarından istifadə göstəriciləri (2015)

Mərkəzi Bankın açıqladığı göstəricilər əsasında son 5 il ərzində Azərbaycanda kredit və debet kartlarından əhalinin istifadə göstəricilərini sizlərə təqdim edirik.

Göstəricilərə baxdıqda görürük ki, debet kartlarının sayı 2013-cü ildə daha çox olduğu halda, kredit kartlarının sayında artım 2014-cü ildə müşahidə olunmuşdur.

Azərbaycanca

NBC Bank ASC-nin lisenziyası bərpa olundu

Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) 01.02.2016-cı il tarixli 10/3 saylı qərarı ilə, 25.01.2016-cı il tarixli 06/3 saylı qərarı (NBC Bank ASC-nin lisenziyasının geri çağrılması) qüvvədən düşmüş hesab olunur və NBC Bank ASC-nin lisenziyası bərpa olunur. Bu münasibətlə bütün müştərilərimizi təbrik edirik. 03.02.2016-cı il tarixindən NBC Bank ASC bütün bank əməliyyatları üzrə xidmətinizdə olacaqdır.

Azərbaycanca

Azərbaycanın bank olmayan kredit təşkilatı manat və dollar istiqrazları buraxır

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Viza Kredit" bank olmayan kredit təşkilatının manat və dollarda faizli, təmin edilməmiş, adlı istiqrazlarının emissiya prospektlərini qeydiyyata alıb. Bu barədə Trend Bakı Fond Birjasına istinadən məlumat verir.

Azərbaycanca

Bil Qeyts yenidən dünyanın ən zəngin şəxsidir

Dünyanın ən varlı şəxslərinin yer aldığı yeni siyahı tərtib olundu.

Yer kürəsinin ən zəngin şəxsi yenə də Mikrosoftun həmtəsisçisi Bil Qeytsdir. Varidatı 87.4 milyard dollar dəyərində olan bu şəxs bəşəriyyət tarixində bu qədər sərvət toplaya bilən hələ ki, yeganə şəxsdir.

Azərbaycanca

Dövlət büdcəsini icrasına nəzarət gücləndirilir

Hesablama Palatası ilə İqtisadiyyat Nazirliyi anlaşma memorandumu imzalanıb.

Azərbaycan Hesablama Palatası və İqtisadiyyat Nazirliyi arasında Razılaşma Memorandumu imzalanıb. 

Azərbaycanca

Dünyanın ən qədim 10 bankı

Dünyada ilk bank xidmətlərinin qədim Şumer və Babillərdən bəri mövcud olduğu güman olunur. Şumerlərdə e.ə 3500-ci ildə yaradılan "Maket" ilk bank quruluşudur.

Maketin rahibləri ilk borc verənlər idi. Hətta məşhur Hammurapi qanunlarında maketlərin borc işlərini necə idarə edəcəyi yazılmışdır.

Azərbaycanca

ADIF: Azərbaycanda bağlanan bankların müştərilərinə kompensasiyaların ödənişi ilə bağlı problem olmayacaq

Bu gün lisenziyası ləğv edilən "Texnikabank" ASC-nin sığorta olunan əmanətlərin həcmi ilkin məlumata görə, təqribən 70-80 milyon manat təşkil edir. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »