Ötən ilin sonunda Azərbaycanda baş vermiş devalvasiya ölkənin maliyyə sektorunda geri dönülməz dəyişikliklərə səbəb olub. Devalvasiyadan sonrakı ilk günlərdə ölkədə valyuta ajiotajı baş verib və bu prosesdə kommersiya bankları özlərini demək olar ki, yaxşı tərəfdən göstərməyib. Dollara tələbat artan zaman bankların dollar ehtiyatı yoxa çıxıb, xaricə pul köçürmələr prosesi tam və ya qismən dayandırılıb, digər bank əməliyyatlarında durğunluq yaranıb.
Banklar niyə ləğv olunur, banklar niyə birləşir? - TƏHLİL

