1994-cü ildən etibarən ölkədə geniş müştəri kütləsinə müxtəlif növ maliyyə xidmətləri göstərən Bank of Baku bu ay fəaliyyətinin 22-ci ildönümünü qeyd edir.
Ad gününə özəl, Bank müxtəlif müştəri seqmentlərinə yönəlik olaraq silsilə kampaniyalara start verib. İlk kampaniya köhnə Bolkart kredit kart sahibləri üçün nəzərdə tutulub.