Banco.az | Tezliklə

“AtaBank” ASC-yə “Visa” beynəlxalq ödəniş sistemindən xüsusi mükafat təqdim edilib!

Azərbaycanca

“AtaBank” ASC-yə xüsusi diplom təqdim edilib. 02 fevral 2016-cı il tarixində Bakı şəhərində yerləşən “Holiday İnn” otelində “Visa İnternational” beynəlxalq ödəniş sistemi tərəfindən təşkil edilmiş “Ticarət şəbəkəsində təmassız ödənişlər” mövzusunda konfrans keçirilmişdir.

Expressbank şayiələrə aydınlıq gətirdi

Azərbaycanca

Son günlər bəzi xəbər saytlarında Expressbank barədə həqiqətə uyğun olmayan məlumatlar dərc olunub. Həmin xəbərlərə cavab olaraq, Bankın mətbuat katibi Pərviz Sədrəddinov bildirib ki, bəzi saytlarda dərc olunan məlumatlar, Bank tərəfindən təsdiq olunmayıb və heç bir faktlara əsaslanmır.

Pulun funksiyaları

Pul, hər kəs tərəfindən ödəmələrdə qəbul edilən ümumi bir mübadilə vasitəsidir. İnsanlar arasında iş-bölümü və ixtisaslaşmanın inkişafında mübadilə yalnız pulun yardımı ilə mümkündür. İş bölümü və ixtisaslaşmanın olduğu bir cəmiyyətdə mübadilə məcburiyyəti ortaya çıxmaqdadır. Pulun iqtisadi həyatdakı funksiyaları aşağıdakılardır:

Azərbaycanca

Manatın bu günə olan rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) 9 fevral tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, fevralın 9-ə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5787 manat təşkil edir.

Azərbaycanca

Brent nefti 33 dollara satılır

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar artaraq 30,17 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,36 dollar artaraq 33,24 dollar olub.

Azərbaycanca

“Bank of Azerbaijan”ın əmanətçilərinə 17 milyon manat ödənilib

Əmanətlərin Sığortalanması Fondu məlumat yaydı.

Sığorta hadisəsi baş vermiş “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərindən ərizələrin qəbuluna 29 yanvar 2016-cı il tarixindən etibarən agent bankların filiallarında başlanılmış və həmin gündən etibarən qorunan əmanətçilərə kompensasiya ödənişi həyata keçirilir.

Azərbaycanca

Manatın məzənnəsi bir qədər də möhkəmləndi

Fevralın 9-na manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından Trend-ə verilən məlumata görə, 09.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5787 səviyyəsində müəyyən olunub.

Azərbaycanca

“Unicapital İnvestisiya şirkəti” bir ilkə imza atdı

Azərbaycanca

“Unicapital İnvestisiya  şirkəti” Maliyyə Nazirliyinin dövlət qısa müddətli istiqrazlarının satışı üzrə anderrayteri oldu. Qeyd edək ki, Maliyyə Nazirliyi ümumi həcmi 500 milyon ABŞ dolları və 400 milyon manat məbləğin də dövlət qeydiyyatından keçmiş emissiya prospektlərinə uyğun olaraq bu ilin sonunadək dövlət istiqrazları üzrə mütəmadi olaraq hərraclarını keçirəcək.  Bütün bu  hərraclarda anderrayter qismində “Unicapital İnvestisiya  şirkəti”  iştirak edəcək.

Azərbaycanın daha bir bankının rəhbərliyində kadr dəyişikliyi olub

Rauf Axundov "Dəmirbank"ın İdarə Heyətinin sədrinin müavini vəzifəsini tərk edib.

Trend-in "Dəmirbank"a istinadən verdiyi məlumata görə, hazırda bankın İdarə Heyətinin tərkibində 4 nəfər var: İdarə Heyətinin sədri Roman Əmircanov, onun birinci müavini Fərid Abuşov, sədrin müavinləri Azər Hümbətov və Orxan Vahabovdur.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »