2018-ci ilin II rübünün yekunlarına dair hesablamalara görə,
Günay Bank rübü uğurla başa vurdu!
2018-ci ilin II rübünün yekunlarına dair hesablamalara görə,
2018-ci ilin may ayında ödəniş kartlarının həcmi 6 mln 72 min təşkil edir. Ümumiyyətlə yanvar ayından bəri ödəniş kartlarının sayında artım müşahidə edirik, belə ki 2018-ci ilin yanvarında 5 mln 820 min olan ödəniş karları hazırda 252 min artım göstərib.
.png)
2018-ci ilin ikinci rübündə Ziraatbank öz aktivlərinin həcmini 4 mln 311 min manat artırıb, belə ki, keçən rüb 225 mln 557 min manat olan aktivlər bu rüb 229 mln 868 min manata yüksəlib. Öhdəlikləri isə uyğun olaraq 154 mln 707 min manatdan 162 mln 805 min manata yüksələrək 5% artıb.
Kapital Bankın peşəkarlar komandasına qoşulmaq istəyirsinizsə, Sizi müvafiq vakansiyaya müraciət etməyə dəvət edirik. Biz sizə dinamik mühitdə maraqlı və perspektivli iş təklif edirik. Əsas kapitalımız Siz olun!
Çalışqan, iddialı və bank təcrübəsi qazanmağa həvəslisiz?
Hava nəqliyyatı sektorunun ən mötəbər mükafatlarından sayılan və 1999 – cu ildən verilməyə başlanılan “Skytrax” 2018 – ci ilin ən yaxşı hava yolu şirkətlərinin siyahısını yayımladı. Siyahının ilk sırasında Sinqapur Hava Yolları şirkəti yer alır. Keçən il ikinci sırada qərarlaşan şirkət bu il birincilik ünvanını “Qatar Airways” – dən aldı.
2018-ci ilin iyun ayında verilmiş sığorta ödənişlərinin həcmi 119 mln 303 min təşkil edir. Bu rəqəm, yanvar ayındakı sığorta ödənişi göstəricisindən 419% , keçən ay sığorta ödənişini göstərən kəmiyyətdən isə 22% çoxdur. Ölkədə yanvar ayından iyun ayına cəmi 419 mln 21 min sığorta ödənişi verilib. Bu da hər ay üzrə ortalama 69 mln 837 min sığorta ödənişinin ödənildiyini göstərir.
Bu il iyunun 1-nə, Azərbaycanda maliyyə sektorunda işləyənlərin sayı 24,2 min nəfər təşkil edib. Bunun 4,5 min nəfəri dövlət, 19,7 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.
İsveçin pərakəndə geyim firması olan “H&M” rəqiblərini geridə qoyaraq ən məşhur marka seçildi. “SEMrush” saytının internetdə axtarış göstəricilərini araşdıraraq hazırladığı siyahıya əsasən, “H&M” dünya miqyasında ayda 30 milyondan çox axtarış qeydə alınan, dünyanın ən məşhur markası oldu.
Kapital Bank müştərilərə 3 valyutaya malik Visa Trio Gold, Visa Trio Platinum və Visa Trio Infinite kartlarını təklif edir. Artıq müştərilər AZN, USD və EUR valyutasında olan Visa kartlarını birləşdirərək, Visa Trio kartları üzərində istifadə edə bilərlər. Kartın hər üç hesabını bir PİN kod vasitəsilə idarə etmək mümkündür.
Prezident İlham Əliyev Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Sərəncama əsasən, Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi və strukturu təsdiq edilir.