Banco.az | Tezliklə

Krediti ödəməyənin cəzası nədir?

Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər

Banklardan kredit götürmüş şəxslərdən bir çoxu son dövrlər borcunu ödəməkdən yayınır. Xüsusilə girovu və zamini olmayanlar  öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Ancaq qanun bütün hallarda borcun ödənilməsini təmin edir. Krediti qaytarmayan şəxslər hətta həbs oluna bilərlər.

Azərbaycanca

DSMF-in büdcə layihəsində proqnozlaşdırılan gəlir və xərcləri açıqlanıb

“Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlir və xərcləri 3 milyard 307.4 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228.8 milyon manat və ya 7.4 faiz çoxdur”.

Azərbaycanca

Növbəti 3 gün üçün manatın məzənnəsi

Növbəti üç gün üçün manatın məzənnəsi açıqlanıb.

Azərbaycan Mərkəzi Bankından Trend-ə verilən məlumata görə, 22.02.2016-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,5604 səviyyəsində müəyyən olunub.

Azərbaycanca

AGBank səhmdarlarının növbədənkənar yığıncağı keçiriləcək

“AGBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı 4 mart 2016-cı il tarixində baş tutacaq.

Azərbaycanca

Bu ilin dövlət büdcəsində əsas dəyişikliklər açıqlandı

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Azərbaycanca

Texnikabanka kredit borcu olanlar məsuliyyətə cəlb edilə bilər

Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 fevral 2016-cı il tarixli 2-1 (81)-1541/20160 Qərarı ilə Texnikabank ASC müflis elan edilmiş və iflas prosedurunubaşlanılmışdır. “M.M.M. PerfektKonsaltinq” MMC ləğvedici təyin edilmişdir. Qərar dərhal icraya yönəldilmişdir.

Azərbaycanca

Azərbaycan yaşayış üçün əlverişli olan ilk 30 ölkə sırasında yer alıb

Yaşayış üçün əlverişlilik reytinqi dörd parametr əsasında tərtib edilib

Azərbaycan yaşayış üçün əlverişli olan ölkələrin sıralamasında 23-cü yeri tutub. "Report" xəbər verir ki, "GoBankingRates" nəşrinin tərtib etdiyi reytinqdə Azərbaycan Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə, İran kimi qonşu ölkələrdən irəlidədir.

Azərbaycanca

Mərkəzi Bankın növbəti valyuta hərracı keçirildi

19 fevral 2016, Bakı: 19 fevral 2016-cı il tarixində Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilmiş, Mərkəzi Bank tərəfindən 200 milyon ABŞ dolları məbləğində vəsait satışa çıxarılmışdır. Hərracda iştirak edən 11 bank tərəfindən məcmu tələb 23,850 milyon ABŞ dolları təşkil etdiyindən, sifarişlər 100 faiz təmin olunmuşdur.

Azərbaycanca

Standard&Poor’s agentliyi PAŞA Bankın reytinqini təsdiqlədi

Azərbaycanca

Bakı, 19 fevral,2015 il.17 fevral 2016-cı il tarixində Standard&Poor’s beynəlxalq reytinq agentliyi Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bankın reytinqini təsdiqlədi. Belə ki, emitent defoltunun uzunmüddətli reytinqi (“EDR”) “ВВ-” səviyyəsində, qısamüddətli EDR isə “В” səviyyəsində təsdiqləndi.

Azərbaycan Mərkəzi Bankı auditə hazırlaşır

Bununla bağlı açıq tender elan olunub

Azərbaycan Mərkəzi Bankı (AMB) 2016-2018-ci illər üzrə maliyyə hesabatlarının beynəlxalq standrtlara uyğun illik auditinin keçirilməsi üçün açıq tender elan edib. "Report" xəbər verir ki, iştirakçılar müvafiq sənədləri martın 31-dək AMB-nin əsas inzibati binasına təqdim etməlidir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »