1. Ukrayna

1. Ukrayna

Azərbaycan ötən il Gürcüstan iqtisadiyyatına 465 mln. ABŞ dolları məbləğində investisiya qoyub.
"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, Azərbaycan bu göstəriciyə görə bütün ölkələri üstələyib.
Azer Turk Bank launched the "Student Loan" campaign for students studying or enrolled in higher educational institutions from August 15.
The loan up to 5000 manats is provided for a period of 12 and 24 months, at rates of 18% and 19% respectively.
Azər Türk Bank 15 avqust tarixindən etibarən ali məktəblərin tələbələri və bu təhsil ocaqlarına yeni qəbul olunmuş gənclər üçün “Tələbə krediti” kampaniyasına start verib.
Həcmi 5000 manatadək nəzərdə tutulmuş kredit 12 və ya 24 ay müddətinə, müvafiq olaraq 18% və 19%-lə təklif edilir.
Gözləntilərin psixologiyamıza nə qədər təsir etdiyini hər birimiz bilirik. Gözləntilər bütünlüklə həyatımızı idarə edir. Piqmalion – gözlənti effekti, əslində, sizi, görmədiyiniz bir yöndən idarə edir. Gözlədiklərinizi yaşayırsınız. Psixoloji Piqmalion effekti adlanan təsir mexanizmini gəlin daha yaxından tanıyaq.
Bank Respublika Dövlət Sərhəd Xidməti (DSX) və Xüsusi Dövlət Mühafizə Xidməti (XDMX) əməkdaşlarının peşə bayramları münasibətilə 15 avqust tarixindən etibarən sərhədçilərimiz və mühafizə xidmətinin əməkdaşları üçün nağd kredit kampaniyasına start verir. Kampaniya çərçivəsindəDSX və XDMX əməkdaşları nağd krediti 10%-dək endirimlə əldə edə biləcək!
Əlində pulu olan bir çox azərbaycanlı Türkiyədə mənzil alır.
Türkiyənin Statistika Komitəsinə istinadən verilən məlumata görə 2018-ci ilin İyul ayında azərbaycanlılar Türkiyədə 73 mənzil alıblar. 2017-ci ilin İyul ayında azərbaycanlılar Türkiyədə 61 mənzil almışdılar.
28 oktyabr 2018-ci il tarixindən etibarən "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti Bakı-Tbilisi-Bakı marşrutu üzrə reysləri bərpa edəcəkdir.
Bu haqda "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ilkin məlumatlarına əsasən, cari ilin yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə 1792,8 milyon manat vəsait yönəldilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 118,1 milyon manat və ya 7 faiz çoxdur. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil etmişdir.
“İnvetAZ İnvestisiya Şirkəti” QSC 1,5 milyon dollarlıq istiqraz buraxır.
08 Avqust 2018-ci il tarixində Maliyyə Bazarlarına Nəzarət Palatası “İnvet-AZ İnvestisiya Şirkəti” QSC-nin hər birinin nominal dəyəri 1000 ABŞ dolları olan 1500 ədəd faizli təmin edilməmiş istiqrazlarını dövlət qeydiyyatına alıb.