Banco.az | Tezliklə

Azərbaycan Mərkəzi Bankı 40 mln. manat vəsait cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti depozit hərracı keçirib. AMB-dən "Report"a verilən məlumata görə, hərracda 40 mln. manat cəlb edilib.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 9,22% təşkil edib.

Azərbaycanca

​Azərbaycanda bağlanmış 4 bankın əmanətçilərinə 21 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) Maliyyə Bazarlarına Nəzarət Palatasının lisenziyasını ləğv etdiyi 4 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Azərbaycanca

Azərbaycanda problemli kreditlərin həcmi rekord həddə çatıb

Azərbaycanda ödəniş vaxtı keçmiş kreditlərin ümumi həcmi 2016-cı il iyulun 1-nə 1 539,8 mln. manat təşkil edib. Bu, nominal həcmin yeni tarixi rekorda çatması deməkdir. Sonuncu rekord isə iyunun 1-də qeydə alınıb. "Report"un Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə problemli kreditlərin həcmi 25,6 mln. manat və ya 1,69%, 2016-cı ilin əvvəli ilə müqayisədə isə 31,3 mln. manat və ya 2,07% artıb.

Azərbaycanca

Azərbaycanda bank kreditləri artmağa başlayıb

Bu ilin əvvəlindən Azərbaycanda ilk dəfə iyunda banklar tərəfindən kredit qoyuluşu artıb. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Belə ki, iyulun 1-nə bankların məcmu kredit portfeli 17 885,4 mln. manat təşkil edib. Bu isə iyunun 1-i ilə müqayisədə 1,35% və yaxud 237,1 mln. manat çoxdur.

Azərbaycanca

Cümə gününün tendensiyası davam edir

İnvestAz-ın verdiyi xəbərə istinadən,bu gün maliyyə bazarlarında güclü hərəkətliliyə səbəb ola biləcək iqtisadi göstəricilər gözlənilmir.

Azərbaycanca

Qızıl son bir həftənin minimal səviyyəsinə geriləyib

ABŞ-da keçən həftə açıqlanan məşğulluq göstəricisinin 180 min nəfər olan proqnozları kifayət qədər üstələyərək 255 min nəfərə çatmasından sonra Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 2016-cı ildə artıracağı ilə bağlı ehtimalları gücləndirib və bu amil qızılın qiymətinin azalmasına səbəb olub. 

Azərbaycanca

​"Azər-Türk Bank": Rumiyə Məmmədova rəhbərlikdə qalır

Azər-Türk Bank" ASC-nin İdarə Heyətinin (İH) sədr müavini Rumiyə Məmmədova "Bank Standard" QSC-nin Müşahidə Şurasının (MŞ) sədri seçilsə də, bu, onun iş yerini dəyişməsi demək deyil. Bunu "Report"a "Azər-Türk Bank"dan deyiblər.

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı “Yuventus” futbol klubu ilə əməkdaşlığa başlayır

Azərbaycanca

Ölkəmizdə futbolun inkişafına daim dəstək verən Azərbaycan Beynəlxalq Bankı bu istiqamətdə daha bir yeniliyə imza atır. Bank dünyanın ən məşhur futbol klublarından “Yuventus”-la əməkdaşlığa başlayır. İtaliya çempionu olan bu klubla müvafiq saziş çərçivəsində bir sıra birgə tədbirlər həyata keçiriləcək. İlk növbədə, “İnter Arena”nın bazasında “Yuventus” Futbol Akademiyası yaradılacaq.

Bu günə olan rəsmi məzənnə (08.08.2016)

Azərbaycan Mərkəzi Bankı 8 avqust tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan verilən məlumata görə, avqustun 8-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,6005 manat təşkil edir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »