Banco.az | Tezliklə

Mərkəzi Bank depozit hərracında 15 mln. manat cəlb edib

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 15 mln. manat təşkil edib. "Report"un Mərkəzi Banka istinadən verdiyi xəbərə görə, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 9,49% olub.

Azərbaycanca

Unibankın ALBALI PLUS debetkartı daha sərfəli oldu

Azərbaycanca

Bank kartıyalnız pul çıxarmaq və ya internetdə,mağazada ödəniş etmək üçün deyil. Hərəsi bir funksiya daşıyan 5-6 kartı cibdə gəzdirmək dövrü də  bir neçə il əvvəldə qaldı. Kart sizin həyatınızda bir çox  tələbatları ödəmək funksiyasında olmalıdır və 5-6 kartı əvəz edə bilən bank kartı artıq mövcuddur.

Banklar dolların alış və satışını hansı kursla həyata keçirir?

Mərkəzi Bankın açıqlamalarına görə bugün ABŞ dollarının rəsmi məznənnəsi 1,6102 manat təşkil edir.

Lakin, biz dollar almaq və ya satmaq istəsək, heç də bu məzənnə ilə əməliyyatı həyata keçirə bilməyəcəyik. Çünki, ABŞ dollarının alış və stış kursları bankların özü tərəfindən müəyyən edilir.

Azərbaycanca

NIKOIL | Bank-ın bankın əsas səhmdarı nizamnamə kapitalını artırmaqda davam edir

Azərbaycanca

NIKOIL | Bank-ınəsas səhmdarı tərəfindən depozit hesablara vəsaitlərin daxil edilməsi prosesi davam edir. Bugün də,  NIKOIL | Bank-ın majoritar səhmdarlarından biri olan “Topaz İnvestisiya” QSC tərəfindən 10 mln. ABŞ dolları məbləğində növbəti tranş daxil edilmişdir. Xatırladaq ki, 10 mln. ABŞ dolları məbləğində ilk tranş cari ilin 29 iyul tarixində banka yerləşdirilmişdir. Bu məbləğdən kreditləşmənin bütün istiqamətlərdə gücləndirmək məqsədi ilə istifadəsi planlaşdırılır.

Bank BTB ACS-dən Sərhəd Qoşunları və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları üçün “Nağd pul” kampaniyası

Azərbaycanca

Bank BTB 15.08.2016-15.09.2016 tarixlərində Sərhəd Qoşunları və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti əməkdaşları və təqaüdçüləri üçün peşə bayramları münasibəti ilə güzəştli “Nağd pul” kredit kampaniyası elan edir.

AccessBank daha bir yeniliyə imza atdı

Azərbaycanca

AccessBank ilk dəfə olaraq filiallarını 360 dərəcə izləmək imkanı yaratdı

İyun ayından etibarən Facebook, 360 dərəcə foto dəstəyini təqdim etməyə başladı. 360 dərəcə videolar ilə eyni məntiqdə göstərilən fotoşəkillərə baxmaq üçün, sizin barmaq ekran üzərində gəzdirmək kifayətdir

​MBNP: "Atrabank" və "Qafqaz İnkişaf Bankı"nın əmanətçilərinə kompensasiya ödəniləcək

 Ali Məhkəmənin avqustun 11-də keçirilmiş iclasında "Atrabank" və "Qafqaz İnkişaf Bankı" ASC-lərin əleyhinə qərar qəbul edilsə də, bununla bağlı qətnaməni hələ ki, Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) əldə etməyib. Bunu "Report" açıqlamasında Palata sədrinin müşaviri Rüfət Abbasov deyib.

Azərbaycanca

​Azərbaycanın turizmdən gəlirləri bu il 1,8 mlrd. dolları ötəcək

Bu il ərzində Azərbaycanın turizmdən gəlirləri 1,834 mlrd. ABŞ dollarına çatacaq. “Report” xəbər verir ki, bu barədə “World Travel and Tourism Council”in (WTTC – Dünya Səyahət və Turizm Şurası) ekspertləri açıqlama yayıblar. Açıqlamaya görə, 2015-ci ilə nisbətən Azərbaycana gələn turistlərin sayı 6,4% artaraq 1 mln. nəfərə çatıb.

Azərbaycanca

Azərbaycan manatının dövriyyəyə buraxılmasından 24 il keçir

 Bu gün Azərbaycanın milli valyutası - manatın dövriyyəyə buraxılmasından 24 il keçir. "Report"un məlumatına görə, ötən əsrin sonunda müstəqillik əldə edən Azərbaycanda milli pul vahidinin yaradılmasının əsası o vaxtkı prezident Əbülfəz Elçibəyin 11 fevral 1992-ci il tarixli “Milli Bankın yaradılması haqqında” və 15 iyul 1992-ci il tarixli “Milli valyutanın dövriyyəyə buraxılması haqqında” fərmanları ilə qoyulub.

Azərbaycanca

"AtaBank"ın yeni şöbəsi açıldı

Azərbaycanca

Bakı şəhərində “AtaBank” ASC-ninyeni"Elmlər"şöbəsinin açılışı olub. Elmlər Akademiyası metrosunun yaxınlığında yerləşən Bəxtiyar Vahabzadə küçəsində fəaliyyət göstərən şöbə fiziki və hüquqi şəxslərə geniş spektr bank xidmətlər igöstərir. 

Səhifələr

« first ‹ previous last »