Banco.az | Tezliklə

Azərbaycanda keçirilən valyuta hərracında dollar bahalaşıb

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə növbəti ikitərəfli valyuta hərracı keçirilib. Bu barədə "Report"a AMB-dən bildirilib.

Məlumata görə, hərrac 1,5969 AZN/USD məzənnəsi ilə başlayıb və 1,5999 AZN/USD məzənnəsi ilə başa çatıb.

Azərbaycanca

Bank BTB “Kredit kartı” məhsulunu təklif edir

Azərbaycanca

Banco.az xəbər verir ki, Bank “BTB” ASC beynəlxalq ödəniş sistemləri olan MasterCard və Visa bazasında buraxılan kredit kartı məhsulunun verilməsini aktivləşdirib. Belə ki, müştərilər zəruri istehlak yönümlü alışlarını daha səmərəli təşkil etmək, ölkə daxilində  və xaricində nağd pul ehtiyaclarını qarşılamaq, həmçinin nağdsız ödənişlər aparmaq üçün  Bank BTB-nin təklif etdiyi “Kredit kartı” məhsulundan istifadə edə bilərlər.

Azərbaycan prezidenti: "Neftin qiyməti ilə bağlı böhran göstərdi ki, maliyyəni çox qənaətlə istifadə etmək lazımdır"

"Azərbaycanın 2017-ci il dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar müəyyənləşdirilib və biz neftin qiymətinin dəyişməsi zamanı risklə qarşılaşacağımızı gözləmirik".

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev“Sputnik Azərbaycan” agentliyinə müsahibəsində deyib.

Azərbaycanca

Kapital Bank-ın yenilənmiş Qəbələ filialı istifadəyə verildi

Azərbaycanca

Kapital Bank filial şəbəkəsinin transformasiyası layihəsi çərçivəsində Qəbələ filialının yenilənmiş ofisini istifadəyə verdi. Bu barədə Banco.az "Kapital Bank"dan əldə etdiyi məlumata əsasən xəbər verir.Yeni konsepsiya əsasında təmir edilən filial Qəbələ şəhəri, İ. Qutqaşınlı küçəsi, 50 (Heydər Əliyev Mərkəzi ilə üzbəüz) ünvanında yerləşir.

SOCAR-ın bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) səhmdar cəmiyyət formasında fəaliyyət göstərən bəzi müəssisələrinin səhmləri satışa çıxarılacaq. “Report” xəbər verir ki, bu açıqlama ilə SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edib.

Azərbaycanca

"PAŞA Bank" bu il 40 mln. manat mənfəət əldə etmək niyyətindədir

Bu gün "PAŞA Bank" "Four Season" otelində yarımilin yekunları ilə bağlı mətbuat konfrans keçirib.

Tədbirdə spiker qismində Bankın İdarə Heyətinin Sədri Taleh Kazımov, İdarə Heyətinin üzvü, Baş Maliyyə İnzibatçısı Xəyalə Nağıyeva və Xəzinədarlıq Departamentinin Direktoru Bəhruz Nağıyev çıxış etiblər. 

Azərbaycanca

SOCAR-ın növbəti istiqraz emissiyasının gəlirliliyi nisbətən aşağı olacaq

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bazardakı tələbdən asılı olaraq daha bir istiqraz emissiyası həyata keçirə bilər. “Report” xəbər verir ki, bu açıqlama ilə SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin prezidenti Rövnəq Abdullayev çıxış edib.

Azərbaycanca

SOCAR istiqrazlarına Azərbaycanın regionlarından olan tələbat Bakını üstələyib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarını alan investorlar arasında qiymətli kağızlara 100 min dollardan artıq pul yatıran kifayət qədər investor var. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Şirkətin kapital bazarları üzrə baş məsləhətçisi Ali Ağaoğlu qeyd edib.

Azərbaycanca

SOCAR istiqrazlarının cari kotirovkası gündəlik açıqlanacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının tədavülə buraxılması kapital bazarının strukturunun milliləşdirilməsi baxımından mühüm addımdır. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Fariz Əzizov bildirib.

Azərbaycanca

SOCAR istiqrazları repo əməliyyatlarına cəlb olunacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının tədavülə buraxılması ilə qiymətli kağızlar bazarında canlanma yaranıb. “Report” xəbər verir ki, bunu SOCAR istiqrazlarının satışının yekunlaşması və təkrar bazar əməliyyatlarının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Milli Depozit Mərkəzi (MDM) İdarə Heyətinin sədri Araz Əliyev bildirib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »