Banco.az | Tezliklə

Mərkəzi Bank depozit hərracında 105 mln. manat cəlb edib

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün keçirilən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.

Hərracda tələb 105 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,98% təşkil edib.

Azərbaycanca

"AFB Bank"da yeni təyinat olub

"AFB Bank" ASC-nin Kredit Departamentinə yeni direktor təyin edilib. Söhbət Mübariz Bayramovdan gedir.

O, yeni vəzifəsində Yaşar İsmayılovu əvəz edib.

Azərbaycanca

Çində dolların məzənnəsi yeni rekord həddə çatıb

Çin Xalq Bankı (ÇXB, Mərkəzi Bank) bu gün, noyabrın 21-də dolların rəsmi məzənnəsini son 8,5 ilin maksimal səviyyəsinə yüksəldərək 6,8985 CNY-də təsdiqləyib. "TASS" agentliyinə istinadən verilən xəbərə görə, bu, 2008-ci il iyunun 17-dən sonra dolların ən yüksək məzənnəsidir. 

Azərbaycanca

"Kapital Bank" 42 milyon manat xalis mənfəət əldə edib

"Kapital Bank" ASC bu ilin yanvar-sentyabr aylarına olan "Mənfəət və zərər hesabatı"nı açıqlayıb.

Banco.az bankın açıqladığı hesabata əsasən xəbər verir ki, bank bu ilin ilk 9 ayını 41 mln. 511 min manat xalis mənfəətlə başa vurub.

Azərbaycanca

Azərbaycanda idxal məhsulları bahalaşıb

Bu ilin sentyabr ayında Azərbaycana idxal olunan məhsulların qiymətləri əvvəlki ayla müqayisədə 1,3% artıb.

Dövlət Statistika Komitəsinin açıqladığı qiymət indekslərinə əsasən xəbər verir ki, MDB ölkələrindən idxal olunan məhsullarda 0,2% ucuzlaşma, digər ölkələrdən idxal olunan məhsullarda isə 1,8% bahalaşma qeydə alınıb.

Azərbaycanca

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR

Azərbaycanca

Azərbaycanda bağlanmış 10 bankın əmanətçilərinə 707 mln. manat kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) bu il lisenziyası ləğv edilən 10 kommersiya bankının qorunan əmanətçilərinə kompensasiya ödənişini davam etdirir.

Fonddan verilən məlumata görə, indiyə qədər bu bankların əmanətçilərinə ümumilikdə 706,765 mln. manat ödənilib.

Azərbaycanca

Dolları limitlə satan banklar

Bu gün Dollarının rəsmi məzənnəsi 1.7091 manat təşkil edir. Ölkədə fəaliyyət göstərən bir sıra banklar dollar satışında limit təyin edib.

Azərbaycanca

Azərbaycanda gələn il üçün deputatların əmək haqqı xərcləri açıqlanıb

Gələn il Milli Məclis və onun aparatının saxlanılmasına 23 089 714 manat xərclənəcək. Azərbaycan parlamentinin "2017-ci il üçün xərclər smetası haqqında" qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2017-ci ildə Milli Məclisin saxlanılması dövlət büdcəsinə bu illə müqayisədə 1,74% və yaxud 394 780 manat baha başa gələcək.

Azərbaycanca

İsveçrə bankları milyardların varislərini axtarır

İsveçrə banklarında yüzlərlə hesab var ki, sahibləri artıq yarım əsrdən çoxdur pullarının ardınca gəlmirlər. Bu hesablardakı məbləğ bir neçə milyard dollara çatır. Əgər qanuni varislər bunu təsdiq edəcək sənədlər təqdim edərsə, banklar həmin pulları sahiblərinə verməyə hazırdır.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »