Banco.az | Tezliklə

Neftin bahalaşması davam edir

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,09 dollar artaraq 40,29 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,03 dollar artaraq 41,57 dollar olub.

Azərbaycanca

AMB: Sabah dolların məzənnəsi 1,5971 manat olacaq

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 18-nə rəsmi məzənnəsini 1,5971 AZN/USD səviyyəsində müəyyən edib.

Qeyd edək ki, martın 16-na rəsmi məzənnə 1,6102 AZN/USD səviyyəsində olub.

Azərbaycanca

NIKOIL | Bank-ın filialı yeni ünvanda!

Azərbaycanca

15 mart tarixindəNIKOIL | Bankın yeni Nərimanov (keçmiş 10 saylı) filialınınTəbriz küçəsi 210c ünvanında təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə Bankın İdarə Heyətin Sədri Vasiliy Vikoroviç Xamaza, İdarə heyətin üzvləri, filialların müdürləri və departament rəhbərləri iştirak etmişdirlər.

​FES-in qərarı Azərbaycan manatına müsbət təsir göstərəcək

"Report": ​FES-in qərarı Azərbaycan manatına müsbət təsir göstərəcək

Dollar 1,50 manata kimi ucuzlaşa bilər

Azərbaycanca

Bələdiyyə vergi və ödənişləri HÖP vasitəsi ilə toplanılacaq

Yerli (bələdiyyə) vergilər və ödənişlərin Mərkəzi Bank tərəfindən yaradılmış Hökumət Ödəniş Portalı infrastrukturu vasitəsi ilə toplanılması

Azərbaycanca

Hansı banklar ipoteka krediti verir?

Ev arzusunda olan gənclərin sayı gün getdikcə artır. İpoteka kreditləri isə bu arzunun reallaşması üçün optimal variantlardan biridir. Lakin bunu əldə etmək arzulamaq qədər asan deyil. 

Azərbaycanca

Azərbaycanda daşınmaz əmlakla bağlı Mərkəzi Bank qarşısında yeni öhdəlik qoyulur

Azərbaycanda ipoteka qoyulan daşınmaz əmlak ilə bağlı Mərkəzi Bank və ipoteka fondları qarşısında yeni öhdəlik qoyulur. APA-nın məlumatına görə, bununla bağlı Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mülki Məcəlləyə yeni 148.4-cü maddənin əlavə edilməsi müzakirəyə çıxarılıb.

Azərbaycanca

Bank VTB (Azərbaycan)-ın səhmdarlarının növbədənkənar ümumi yığıncağının vaxtı təsdiqləndi

Azərbaycanca

29 aprel 2016-ci il tarixində Bank VTB (Azərbaycan)-nın səhmdarlarının növbədənkənar ümumi yiğincaği keçiriləcək. Tədbir bankın baş ofisində, Xətai prospekti 38 ünvanında saat 11:00-da olacaq. İclasın gündəliyinə bankın səhmdarlarının növbədənkənar Ümumı Yığıncağının katibinin seçilməsi, Müşahidə şurasının tərkibi haqqında məsələlər daxildir. 

Bank of Baku: “Dollar Kreditinizi Manata Çevirin!”

Azərbaycanca

Bank of Baku, krediti dollar valyutasında olan müştərilər üçün Novruz bayramına özəl olaraq yeni güzəşt imkanını təqdim edir.

Səhifələr

« first ‹ previous last »