"AtaBank" ASC, vətəndaşlar üçün səyyar bankomat xidməti olan AtaMatik-i Bakı şəhər ərazisində istifadəyə verərək, sosial işçilər, müəllimlər və dövlət qulluğundakı digər işçilər, eləcə də sadə vətəndaşlara plastik kartlardan istifadədə rahatlıq təqdim edir.
“Amrahbank”ın Bərdə filialı yeni ünvanda fəaliyyətə başladı
Artıq “Amrahbank”ın Bərdə filialı H. Əliyev prospekti 110 ünvanında fəaliyət göstərəcək.
Bankın Bərdə filialının 06.06.2013 tarixdə təşkil olunmuş açılış mərasimində “Amrahbank”ın nümayəndələri ilə yanaşı yerli İcra Hakimiyyətinin, büdcə təşkilatlarının, özəl sektorun nümayəndələri, yerli sakinlər iştirak etdilər.
AGBank Ekspress-in yeni bir filialı açıldı
AGBank, pərakəndə satışlar üzrə yeni istiqaməti fəal tətbiq edərək, AGBank ekspress-in yeni bir filialını açdı. 18 Aprel 2013-cü iltarixində, əsas fəaliyyəti pərakəndə müştərilərə - fiziki şəxslərə xidmətlər göstərməkdən ibarət olan 3-cü filialın təntənəli açılış mərasimikeçirilmişdir.
Sözü gedən filialda müştərilərə həm kredit həm də qeyri kredit bank xidmətləri təklif olunur, həmçinin təcili pul köçürmələri,hesablaşma-kassa xidməti və digər xidmətlər göstəriləcəkdir.
AccessBank Caspian Cup turnirinə sponsorluq etdi
AccessBank Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) tərəfindən təşkil olunan 17 yaşınadək (U-17) futbolçular arasında 29 may-5 iyun tarixlərində keçirilən 3-cü beynəlxalq «Caspian Cup» futbol turnirinin keçirilməsinə təşkilati dəstək verdi.
Mərkəzi Bankın yeni nəşri – “Tədqiqatlar bülleteni” hazırlandı
Azərbaycan Respublikası Mərkəzi Bankı ölkə və dünya iqtisadiyyatının təhlili, iqtisadi inkişaf sahəsində qlobal beyin mərkəzlərində aparılan akademik və empirik tədqiqatların nəticələrinin öyrənilməsi, mərkəzi bankçılıq və bank sektoru sahəsində aktual məsələlər üzrə tədqiqatların aparılması istiqamətində fəaliyyətini davam etdirir.