Ölkənin maliyyə sektorunun liderlərindən biri olan «Bank of Azerbaijan» əhaliyə təklif olunan xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hal-hazırda filiallar şəbəkəsinin genişləndirilməsi istiqamətində fəal iş aparır.
Bankımız 2009 – cu ildən qəbul edilən Strateji İnkişaf planına əsasən Filial şəbək
TBC Kredit Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə müqavilə imzaladı.
21 iyunda Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİ) tərəfindən Bakıda təşkil olunmuş biznes forumda TBC Kredit və QDTİ arasında rəsmi kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən TBC Kreditə Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün 4 mln.dollar ayrılmışdır.
UNİBANK-da KREDİT ÖDƏ, PUL UDUŞU QAZAN
Unibankda kredit ödəmək daha cəlbedici oldu. İyunun 24-dən avqustun 31-dək Unibank “Kreditinizi ödəyin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereya keçirir. Lotereya müddətində Unibanka olan kredit ödənişlərini ölkə üzrə Azərpoçt filiallarından, Milli Ön paypointlərindən və Online formada (www.unibank.az və www.hesab.az saytlarında) həyata keçirən müştərilər, pul uduşları qazanmaq şansı əldə edəcəklər.
DəmirBank yeni terminallar vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb
DəmirBank həftənin bütün günləri 24 saat fasiləsiz müştəri xidmətinin inkişafı məqsədilə yeni ödəniş terminalları vasitəsilə kredit ödənişlərinin qəbuluna başlayıb. Bankın filiallarının fasad hissəsində quraşdırılan terminallarda istənilən vaxtı kredit ödəmək mümkündür.
Bank Standard “Netty 2013” Milli İnternet Müfakatının qalibi oldu
İyunun 18-də keçirilən “Netty 2013”-ün mükafatlandırma mərasimində Bank Standard “İlin yeni korporativ saytı” nominasiyasında qalib elan olundu. Qeyd edək ki, Bank Standard-ın yeni veb-saytı ümumi korporativ rebrendinq çərçivəsində hazırlanmışdır. “NETTY” – ölkəmizdə informasiya texnologiyaları üzrə təltif olunan ilk və yeganə milli peşəkar mükafatdır.
Bank Respublika pul köçürməsi alanlara arayışsız kredit təklif edir
Bolkart MasterCard müştərilər arasında ajiotaja səbəb olub
“Bank of Baku”-nun MasterCard loqolu Bolkartı təqdim etməsi müştərilərin böyük marağına səbəb olub. Bir həftə ərzində artıq minlərlə müştəri bu plastik kartı əldə edib. İndi onlar Bolkart MasterCard sayəsində həm Azərbaycanda, həm də MasterCard loqosu olan dünyanın istənilən ticarət mərkəzində alış-veriş edə bilirlər. Bundan savayı, Bolkart MasterCard sahibləri internet-mağazalarda arzu etdikləri malı rahat ala bilirlər.
“Bank of Azerbaijan” ASC iyunun 1-nə olan maliyyə göstəricilərini açıqlayıb
“Bank of Azerbaijan” ASC aktivlərinin həcmi 2013-ci il iyunun 1-nə 325.8 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 63% çoxdur. Bankın nizamnamə kapitalı isə 50 mln. manat təşkil edib.Həmçinin, əhalinin əmanətləri 85.2 mln. manata çatmışdır. Bankın kredit portfeli ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 75% artaraq 296.9 mln. manat təşkil etmişdir.Müvafiq dövr üzrə “Bank of Azerbaijan” ASC-nin gəlirləri artmışdır. Belə ki, Bankın faiz gəlirləri 15.2 mln. manata, qeyri-faiz gəlirləri isə 2.99 mln.
AtaBank növbəti təcili pul köçürmələri sisteminə qoşulub
AtaBank Lider sistemi üzrə pul köçürmələrini təqdim edərək, təcili pul köçürmə xidmətləri çeşidini genişləndirib.
“Amrahbank”ın Qara Qareyev filialı yeni ünvanda
Müştərilərinə göstərilən bank xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, onlarla qarşılıqlı potensial əməkdaşlığın inkişaf etdirilməsi əsas prioritetlərindən olan “Amrahbank”ın Qara Qaryev filialı artıq yeni ünvanda, Şirin Mirzəyev küçəsi 58 ünvanında fəaliyət göstərəcək.
Müştərilərin rahatlığı baxımından daha münasib yerdə yerləşən Qara Qarayev filialı təqribən 550 kv. metr sahəni əhatə etməklə, xüsusi tikilmiş iki mərtəbəli binada fəaliyət göstərəcəkdir.