Azər-Türk Bank nağd vəsaitləri kart hesablarına qəbul edən, o cümlədən kredit kart borclarını ödəmək imkanı verən müasir tipli “Cash-in” bankomatını artıq müştərilərin istifadəsinə verib. Günün 24 saatı, həftənin 7 günü xidmət göstərən bu bankomat kommunal ödənişlərin və Azercell ödənişlərinin həyata keçirilməsini də təmin edir. “Cash-in” bankomatı Azər-Türk Bankın “Mərkəz” filialında (İslam Səfərli küç. 5) quraşdırılıb.
Azər-Türk Bankdan +3% kredit!
Əgər siz də banka qoyduğunuz Əmanət (depozit) qarşılığında kredit xəttindən və kredit kartından istifadə etmək istəyirsinizsə, o zaman Azər-Türk Bank bu gözəl şəraiti sizə yaradır. Əlavə olaraq müştərilər əmanətin illik faiz dərəcəsinin üzərinə 3% əlavə olunmaqla nağd pul krediti əldə edə bilərlər. Misal üçün: Müştəri 12 ay müddətlik əmanət yerləşdiribsə, bu zaman əmanəti yerləşdirdiyi 10%-ə 3% əlavə olunur və illik faiz dərəcəsi 13% təşkil edir. Kreditin maksimal məbləği əmanətin 90% miqdarında ola bilər, 36 aylıq rəsmiləşdirmək mümkündür.
168 nəfər Kapital Bank müştərisi Visadan hədiyyə qazandı
Visanın “Visa ilə al, Braziliyaya gəl!” devizi altında keçirdiyi lotereya aksiyası başa çatıb. Lotereyanın 2 əsas qalibinin hər biri Braziliyaya - 2014-cü il Futbol üzrə Dünya Çempionatına 2 nəfərlik səyahət paketi qazanıb. Digər qaliblərə isə müxtəlif hədiyyələr verilib.
Worldcard #yayfursetleri çərçivəsində Facebook istifadəçiləri üçün özəl kampaniya təqdim edir
#yayfursetleri kampaniyası çərçivəsində, Worldcard Facebook istifadəçiləri üçün özəl kampaniya keçirməyi qərara alıb.
Worldcard #yayfursetleri-ni müştərilərinə təqdim edir
Yapı Kredi Bank Azərbaycan Worldcard istifadəçilərinə yay aylarında iri miqyaslı kampaniyalar təqdim etməyi qərara alıb. Bankdan aldığımız xəbərə görə, önümüzdəki 3 ay ərzində Worldcard müştəriləri tətil, istirahət, əyləncə planlarını daha asan və daha münasib yolla həll edə bilərlər.
PAŞA Kapital Azərbaycanda ən yaxşı broker elan olunmuşdur
Azərbaycanın broker bazarının liderlərindən biri olan PAŞA Kapital, “EMEA Finance” beynəlxalq maliyyə jurnalının 2013-cü il yekunlarına əsasən “Azərbaycanda ən yaxşı broker” mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimat mərasimi “Europe Banking Awards 2013” çərçivəsində Varşavada (Polşa) keçirilib.
ALBALI PLUS-dan hesab.az istifadəçilərinə HƏDİYYƏ
ALBALI PLUS (ALBALI) kartı ilə ödəniş et, hədiyyə dəqiqələr qazan. Bakcell abunəçiləri hesab.az portalında hər 5 AZN-lik ödəniş üçün 10 dəqiqəlik pulsuz danışıq hədiyyəsi qazanırlar. Hər 10 AZN-lik ödəniş, 20 dəqiqəlik danışıq müddəti hədiyyə deməkdir. Ödənişin həcmi artdıqca, hədiyyə danışıq dəqiqələri də artır.