Bu gün Bank VTB-nin sayca 6-cı filialının açılış mərasimi baş tutdu. Tədbirdə filialın açılış lentlərini kəsən Bankın İdarə Heyətinin sədri Aleksandr Yeryomin bildirdi ki, Bank filial şəbəkəsinin genişləndirilməsinə davam edəcək. “Çoxdandır ki, belə gediş-gəlişi bol olan yerdə, şəhərin insanların qaynaşdığı bir hissəsində filial açmaq istəyirdik. Hesab edirəm ki, çox uğurlu seçimdir.
Azər-Türk Bankdan zaminsiz və arayışsız Kredit Kartlar!
Zaminsiz və arayışsız Kredit Kart istəyirsinizsə Azər-Türk Bank-a sadəcə əmanət yerləşdirməyiniz kifayətdir. Belə ki, minimal 500 AZN/USD-dən başlayan əmanət məbləği müqabilində sizə zaminsiz və arayışsız, yalnız şəxsiyyət vəsiqəsi ilə MasterCard Kredti Kartı veriləcək. Kredit Kart limiti əmanət məbləğinin 90% həcmində olur və illik faiz dərəcəsi 22% (orta aylıq 1.83%) təşkil edir.
İndi valideyinlər uşaqlarını ALBALI PLUS-la sevindirəcək
1 iyunda övladınıza hansı hədiyyəni almağı düşünürsünüz? Sizə bütün uşaqların sevdiyi bir ünvan deyirik: Gallery4Kids. Balacanızın sevdiyi istənilən geyimi və bəzək əşyasını 6 aya faizsiz ödəməklə, burdan ala bilərsiniz. Sadəcə ALBALI PLUS (ALBALI) kartınızı götürün və dediyimiz ünvana buyurun. ALBALI PLUS (ALBALI) böyükləri də unutmayıb. Əzizlərinizə ən fərqli hədiyyəni,çox sərfəli şərtlərlə Gallery mağazasından alın. Üstəlik 6 aya və faizsiz ödəyin.
“NBC Bank”-dan yeni kredit kampaniyası!
NBC Bank pərakəndə bankçılıq sahəsində fəaliyyətini daha da genişləndirməkdə davam edir. Yeni avtomobillərin kreditləşməsi sahəsində bank bazarında lider olan NBC Bank, hal-hazırda əhalinin müxtəlif təbəqələri üçün sərfəli şərtlər ilə istehlak və biznes kreditləri təqdim edir.
UŞAQLARINIZ ÜÇÜN ƏN GÖZƏL HƏDİYYƏ ÜNVANLARI
Xalq arasında bir deyim var: hər təzə paltar alanda uşaqlar bir buğda boyu böyüyür. Arzu edirik ki, övladlarınızın üzündən sevinc, qəlbindən fərəh əskik olmasın! Uşaqları sevindirməyin ən asan yolunu tapdıq. Uşaqların bayramında həm sərfəli, həm də gözəl hədiyyəni ALBALI PLUSla (ALBALI) alın. Unibankın partnyorları olan dəbli və keyfiyyətli uşaq geyim mağazaları gözəl bayram sürprizləri hazırlayıblar.
“Bank Technique” müştərilərinə “Qatar Airways” ilə uçuşlara endirimlərdən faydalanmağı təklif edir
1 iyun-31 avqust 2014-cü il tarixlərində “Bank Technique” ASC-nin “MasterCard” və “Maestro” kart sahibləri “Qatar Airways” aviaşirkətinin uçuşlarına 10% endirimdən yararlana biləcəklər.
1 iyunda “Bank of Baku” bütün uşaqları “Nağıllar Şəhərciyinə” dəvət edir!
20 illik fəaliyyətini qeyd edən “Bank of Baku” korporativ sosial məsuliyyəti çərçivəsində özünün yeni layihəsini təqdim edir. 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə “Bank of Baku” Azərbaycanın üç əsas şəhəri-Bakı, Gəncə və Sumqayıtda-“Telefonumuza deyil, uşaqlarımıza daha çox zaman ayıraq” adlı genişmiqyaslı sosial aksiyaya start verir.
BAYRAMA BAYRAM QATDIQ
28 may günü 28 Mall ticarət mərkəzinə gələnlər əsl bayram əhvalı yaşadılar. ALBALI PLUS şoppinq festivalı çərçivəində Unibankın 28 Mall-la birgə təşkil etdiyi möhtəşəm bayram tədbiri , həmin gün Ticarət Mərkəzində alış-veriş edənlərə gözəl anlar yaşatdı. Milli rəqs ansabblının ifasında göz oxşayan rəqslər alıcıları əsrarəngiz təsirinə saldı. Hətta rəqqaslara qoşulub, rəqs edənlər də oldu.