“Bank BTB”nin fərdi bank seyfləri üzrə 50%-dək ENDİRİM kampaniyası yanvarın 31-dək davam edəcək.
“Bank BTB”dən fərdi bank seyflərinə 50%-dək endirim!
“Bank BTB”nin fərdi bank seyfləri üzrə 50%-dək ENDİRİM kampaniyası yanvarın 31-dək davam edəcək.
Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən istifadəçilərin mənzil seçimi prosesində rahatlığını təmin etmək məqsədi ilə “Güzəştli mənzil” sistemində bir sıra təkmilləşdirmə (satışın başlanmasına 24 saat qalmış geri sayımın aktivləşməsi, səhifənin açılması və səhifədən səhifəyə keçid haqqında məlumatın ekranda görünməsi) işləri aparılıb.
Smartfon kameralarını sınaqdan keçirərək onların reytinqinin tərtib edilməsi ilə məşğul olan “DxO Mark” şirkətinin mütəxəssisləri 2018-ci ilin ən yaxşı kameraya malik smartfonlarının siyahısını dərc ediblər.
Ötən ilin ən yaxşı kamera ilə təchiz edilən smartfonu kimi reytinqdə 109 bal toplayan “Huawei P20 Pro” seçilib.
"MasterCard" ödəmə sistemi öz loqotipindən şirkətin adını götürəcək. Onun üzərində yalnız bir-biri ilə kəsişən qırmızı və sarı dairələr qalacaq.
Bu barədə şirkətin saytına yerləşdirilən məlumatda bildirilir.
Saat 10:00-a banklarda Dolların və Avronun alış-satış qiymətlərini təqdim edirik. Əlavə edək ki, banklardakı məzənnələr gün ərzində bir neçə dəfə dəyişə, həmçinin, bankların filiallarında fərqli ola bilər.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,42 dollar və yaxud 2,44% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 59,69 dollar təşkil edib.
Azərbaycan 2018-ci ilin yanvar-noyabr aylarında Rusiyadan 2,4 min ədəd minik avtomobili idxal edib. Bu barədə Rusiyanın “AVTOSTAT” analitik agentliyi məlumat yayıb.
"Bu, Rusiya istehsalı olan avtomobillərin ixracının 9,2%-ni təşkil edir", - deyə agentlik qeyd edir.
“Amrah Bank” ASC-nin İdarə Heyətinin üzvü və Bankın Maliyyə Departamentinin direktoru Nəcəf Cəfərli işdən çıxıb.
Məlumata görə, onun yerinə departamentdəki müavini Hürü Salxayeva təyin edilib.
Dünya birjalarında neftin qiyməti artıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,06 dollar və ya 0,12% artaraq 48,58 dollar təşkil edib.
Birjalarda kənd təsərrüfatı məhsullarının qiyməti artıb.
1 buşel qarığdalının qiyməti 1,50 sent və ya 0,39% artaraq 383,75 sent və ya 1 kiloqram qarığdalının qiyməti 14,21 sent olub.
1 buşel buğdanın qiyməti 2,50 sent və ya 0,48% artaraq 519,25 sent və ya 1 kiloqram buğdanın qiyməti 19,23 sent təşkil edib.
1 funt pambığın qiyməti 0,25 sent və ya 0,34% artaraq 73 sent olub və ya 1 kiloqram pambığın qiyməti 1,61 dollar olub.