Banco.az | Tezliklə

Kapital Bank istehlak kreditləşdirməni sadələşdirdi

Azərbaycanca

“Kаpitаl Bаnk” ASC istehlak kreditləşməsi sahəsində fəaliyyətini uğurla davam etdirir. Bir müddət əvvəl bazara təqdim olunan “Gündəlik tələbat kreditləri” növü üzrə əməliyyat prosedurları xeyli sadələşdirilib. Fiziki şəxslərə nağd pul formasında verilən bu krediti almaq indi daha da asan olub. 07.08.2013-cü il tarixində bir iş günü ərzində Kapital Bankın filiallarında 487 nəfər borcalana ümumilikdə 1 061 140 manat məbləğində kredit verilib. 

Ən sərfəli kredit üçün müraciət et

Kapital Bank 7 ayı mənfəətlə başa vurub

Azərbaycanca

1 avqust 2013-cü il tarixinə Kapital Bankın aktivləri 1065.9 milyon manat, kredit portfeli 761.6 milyon manat, aktivlərdə kredit portfelinin həcmi 71,4 faiz təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın kredit portfelində müşahidə edilən azalma iri həcmli layihələr üzrə verilmiş kreditlərin ödənilməsi ilə bağlıdır. 

Ən sərfəli kredit üçün müraciət et

Bank Technique İnternet Bankçılıq xidmətinin yeni versiyası istifadəyə verdi

Azərbaycanca

“Bank Technique” müştərilərinin ixtiyarında olan İnternet Bankçılıq xidməti daha təkmil və müasir oldu.

Ən sərfəli kredit üçün müraciət et

İnternet Bankçılıq xidmətinin yeni interfeysi və daha rahat iş sxemi hesablarınızın idarə olunmasını sadələşdirdi.

Menyuda göstərilmiş xidmətlər siyahısına Şablon və Rekurent ödənişləri əlavə edildi.

Bank Respublika 10,000 AZN-dək nağd kredit təklif edir.

Azərbaycanca

İndi daha çox nağd pula ehtiyac yarandıqda, “10,000 AZN nağd krediti” artıq vaxt belə sərf etmədən, planlarınızı reallaşdırmağda köməkçiniz olacaq. Həmçinin, 10,000 AZN-dək nağd krediti Bank Respublika-dan sərfəli faiz dərəcəsi ilə və girovsuz almaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

“Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin sertifikatına layiq görülüb!

Azərbaycanca

“Bank of Baku”-nun Facebook səhifəsi beynəlxalq Socialbakers xidmətinin ən yaxşı Sosial Yönlü səhifə (Socially Devoted) nominasiyası üzrə mükafatına layiq görülüb. Təqdim edilmiş xüsusi sertifikatda “Bank of Baku”-nun sosial şəbəkədə müştəri xidmətlərinə görə bu sənədə layiq görüldüyü qeyd edilib. 

Socialbakers (http://www.socialbakers.com) sosial şəbəkələrin monitorinqi və təhlili ilə məşğul olur və 75-dən çox ölkədə minlərlə müştəriyə xidmət göstərir.

Ən sərfəli kredit üçün müraciət et

UNİBANK-ın ödəniş terminallarından istifadə indi daha asan oldu

Azərbaycanca

Unibank öz müştəriləri üçün xidmət imkanlarını artırmaqda davam edir. Artıq yeni proqram təminatı ilə təhciz olunan Unibank cash-in-ləri, müştərilərin istifadəsi üçün daha rahat və geniş xidmət imkanlı oldu. Cash-in-lərdə tətbiq olunan proqram təminatının yeni versiyası əlavə xidmət imkanları yaratmaqla yanaşı, mövcud xidmətləri daha da sadələşdirib.

Ən sərfəli kredit üçün müraciət et

“Bank Technique” Gəncədə bayram süfrəsi təşkil etdi!

Azərbaycanca

Mütəmadi olaraq, Korporativ Sosial Məsuliyyət (KSM) layihələri həyata keçirən “Bank Technique” ASC, bu gün də sözügedən ənənəsinə sadiq qalaraq, Gəncə şəhərindəki filialı vasitəsilə, Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzində, Ramazan bayramı münasibətilə süfrə açıb. Bu bayramda da, regionlardakı yaşlılarımızı unutmayan Bank, onların bayram sevincinə öz töhfəsini qatıb.

Ən sərfəli kredit üçün müraciət et

Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin rəhbərliyi “Bank Technique”in bu addımını yüksək qiymətləndirərək, Banka sosial məsuliyyətini dərk edən ən nümunəvi bank kimi təşəkkürünü bildirib.

Muğanbank Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir

Azərbaycanca

Muğanbank müqəddəs Ramazan bayramı münasibətilə xalqımızı təbrik edir, hər kəsə ən xoş arzu və diləklərini yetirir.

İlahi hikmətlər xəzinəsi və sonuncu səmavi kitab olan Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayında insanlar saf niyyət  və xeyirxah əməlləri ilə qardaşlıq və bərabərlik yoluna dəvət edilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Müsəlmanlar bu ayda nəfs üzərində qələbə sevincini yaşayır,  Allah qarşısında borc və vəzifələrini yerinə yetirməklə mənəvi-ruhi kamilliyə nail olmaq fürsəti qazanırlar.

 

Unibankda bayram günlərinin iş rejimi

Azərbaycanca

Unibank Azərbaycan xalqını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edir, bol ruzi-bərəkət arzulayır. Avqustun 8-i və 9-nun qeyri-iş günləri olduğunu nəzərə alaraq, Unibank əhalinin bank xidmətlərinə tələbatını daha çevik ödəmək üçün, bayramın sonrakı günü- avqustun 10-da gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycan Beynəlxalq Bankı yeni "R@ndevu" xidmətini tətbiq edib

Azərbaycanca

Azərbaycan Beynəlxalq Bankı Bakı və Gəncə şəhərində xidmət olunan müştərilərinə onların rahatlığını təmin etmək məqsədi ilə unikal "R@ndevu" xidmətindən yararlanmağı təklif edir. Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, "R@ndevu" xidməti müştərilərə vaxtlarına qənaət etmək, Bankın filiallarında sürətli xidmət olunmaq imkanını yaradan yeni bir xidmətdir.

"R@ndevu" vasitəsilə ABB-nin müştəriləri Banka gəlməmişdən bir gün əvvəl xidmət olunduqları filialda görüş təyin edə biləcəklər.

Ən sərfəli kredit üçün müraciət et

Səhifələr

« first ‹ previous last »

Ən sərfəli krediti almaq üçün müraciət et