Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Qanunun 6-1-ci maddəsinin mətni aşağıdakı redaksiyada verilir:
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterazerbaijan.com portalı Vergilər Nazirliyinin dəstəyi və UNEC Karyera Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət İqtisad Universitetində “Biznesə necə başlamalı” mövzusunda təlim keçirib.
London biznes məktəbi 1900-ci illərdə fəaliyyət göstərən maliyyə bazarları ilə bağlı araşdırma aparıb. Məlum olub ki, 1900-cü illərdə aktivlərə 1 dollar belə sərmayə yatıran səhmdarlar ötən il üçün 4 min dollara yaxın vəsait əldə bilərdilər. Ümumilikdə inkişaf edən ölkələrdə isə bu göstərici 12 min dollara çata bilərdi. Araşdırma nəticəsində 1900-cü illərdə bazarının gəlirlərinin 3 dəfə çox olduğu bildirilir.
"LUKOYL" şirkətinin prezidenti Vahid Ələkbərov martın 1-də Rusiya Federasiyası Energetika Nazirliyinin OPEC+ sazişi üzrə keçirəcəyi müşavirədə iştirak etməyi planlaşdırır, martın 18-də isə OPEC+ Monitorinq Komitəsinin iclasına qatılmaq üçün Bakıya gələcək.
Səudiyyə Ərəbistanının Energetika naziri Xalid Əl-Falih, ABŞ neft ehtiyatlarının artmasının əlavə təklif yaratdığını və bu təklif artıqlığını azaltmağın ölkəsinin əsas hədəfi olduğunu bildirib.
Dünyanın investorlara açıq ən böyük 12 neft şirkətinin cəmi gəliri, keçən il 2017-ci illə müqayisədə 19,5 faiz artaraq 1 trilyon 693 milyard dollar olub.
Almaniyanın Federal hökumətinin bu il 356,4 milyon avro vergi yığacağı planlaşdırılıb: əyalət hökumətlərinin və bələdiyyələrin toplayacaqları vergilərin məbləğini də bunun üstünə gələndə ölkədə yığılacaq verginin məbləği 806,9 milyard avroya çatır. Almaniya bu il ərzində ən çox vergini satışdan əldə etməyi proqnozlaşdırır. Gözlənildiyinə görə, mal və xidmətlərin satışından əldə olunacaq vergilərin məbləği 95,5 milyard avro təşkil edəcək.
Vergi Məcəlləsinin 166.1-ci maddəsində bildirilir ki, başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır.
Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, 2019-cu ilin yanvar ayında xarici ölkələrdən Azərbaycana idxal edilən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin dəyəri 221 milyon 671 min ABŞ dolları, nəqliyyat vasitələri və onların hissələrinin dəyəri isə 88 milyon 452,3 min ABŞ dolları olub. Ötən ilin yanvar ayında isə bu göstəricilər müvafiq olaraq 2 milyard 588 milyon 935,3 min dollar və 103 milyon 594,8 min dollar təşkil edib.
ABŞ Prezidenti Donald Tramp Çin mallarına tətbiq edilən əlavə gömrük vergilərinin artırılması ilə bağlı bu il martın 1-nə nəzərdə tutulan qərarın "məhsuldar görüşmələr" nəticəsində təxirə salındığını bildirib. Həmin qərara əsasən, 200 milyard dollar dəyərində Çin mallarını əhatə edən əlavə vergilərin dərəcəsi 10 faizdən 25 faizə qaldırılmalı idi.