Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.
"Bank Respublika" aktivlərinin illik artımına görə liderdir
Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 10-nun aktivləri illik müqayisədə azalıb.
Foreks bazarların dolların aparıcı valyutalara nisbətən qiymətlərinin daha da ucuzlaşa biləcəyi proqnozları üçün güclü əsaslar diqqət mərkəzindədir.
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 26-da 66,69 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,45 dollar/barel çoxdur.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
Bu ilin yanvar ayında Bakıda mənzillərin qiyməti ucuzlaşıb. Bunu daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, Bakıda təkrar mənzil bazarında qiymətlər ay ərzində 0.1 faiz azalıb, lakin ötən ilin müvafiq dövrü ilə müqayisədə 6.41 faiz artıb.
Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam 577 min insanı əhatə edəcək. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 1 aprel tarixindən yeni sosial müavinətlər qüvvədə olacaq. Nazirin sözlərinə görə, bu artımları icra etmək üçün büdcədən əlavə 300 milyondan çox vəsait ayrılacaq . Ümumilikdə isə müavinətlər üzrə paketin dəyəri iki dəfə artacaq.
Dünyada smartfon istehsalına görə dördüncü olan Çinin "Xiaomi" ("Siaomi) şirkəti 5G mobil şəbəkəsini dəstəkləyən smartfonunu təqdim edib.
“3 min dollarla 50 min dollar kredit olanlara eyni güzəşt tətbiq olunmayacaq”
ABŞ ilə Çin arasında uzun müddətdir davam edən ticarət danışıqlarında ABŞ-ı təmsil edən Ticarət Nümayəndəsi Robert Lighthizer, "Çinin daha çox ABŞ məhsulu alması anlaşma üçün yetərli deyil",- açıqlamasını verib.
20 bankın aktivləri son 1 ildə artıb. Ən çox artım "Bank Respublika"da (40%), ən az artım isə "AGBank"da (1,6%) baş verib.
4 bankın aktivləri 2 milyard manatdan çoxdur
İranın Qəzvin və Rəşt şəhərlərini birləşdirən dəmir yolu xətti cari ilin mart ayının 9-da istifadəyə veriləcək.
Bu sözləri İranın yollar və şəhərsalma naziri Məhəmməd İslami Çabahar şəhərində keçirilən konfransda deyib.