İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
İranın iqtisadiyyat və maliyyə naziri Fərhad Dejpəsənd Azərbaycana səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfirliyindən bildiriblər.
Qlobal neft tələbi, 2019-2024 dövründə gündəlik 7,1 milyon barel artaraq 106,4 milyon barelə çatacaq.
Beynəlxalq Enerji Agentliyinin hesabatında, OPEC-in ABŞ-a qarşı bazar payını itirməsinin 2020-ci ilin ortasına qədər davam edəcəyi bildirilib.
Beynəlxalq Enerji Agentliyinə (UEA) görə, OPEC-in bazar payını itirməsi ABŞ-da şist neftinin artması ilə 2020-ci ilin ortalarına qədər davam edəcək.
Влиятельнейшая Банковская ассоциация по финансам и торговле (BAFT), являющаяся дочерней структурой Американской банковской ассоциации, совместно с Kapital Bank и Paşa Bank провела в Баку семинары.
Bakıda "Azərbaycanda iqtisadi şaxələndirmədə özəl sektorun rolu" mövzusunda forum keçirilib. Tədbirdə çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, ölkəmiz hazırda iqtisadi inkişafın yeni mərhələsindədir və buna uyğun olaraq yeni çağırışlar meydana gəlib. Bu çağırışlar müasir mərhələdə bir sıra məqamların nəzərə alınmasını zərurətə çevirib.
Bu ilin ilk iki ayı ərzində Ukraynanın Dövlət Fiskal Xidməti (DFX) təxminən 130 milyard qrivna (100 qrivna = 6,3 manat) məbləğində vergi yığıb ki, bu da bir il əvvəlki göstəricidən 8 faiz artıqdır. DFX-nin məlumatına əsasən, fevralda dövlət büdcəsinin ümumi fonduna 67,7 milyard qrivna vəsait daxil olub ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 12,3 faiz və ya 7,4 milyard qrivna çoxdur.
Əlavə dəyər vergisi: ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat dövrü üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq, qeydiyyatda olduğu vergi orqanına verir və vergini dövlət büdcəsinə ödəyir.
Bəzən bağlanmış müqaviləyə əsasən görülən işlər və göstərilən xidmətlər uzunmüddətli olur. Bu zaman xidmət göstərən və işləri yerinə yetirən şəxs vergitutma məqsədləri üçün öz hesabatlarında hansı məbləği gəliri kimi, hansını isə xərc kimi tanımalıdır? Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir:
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçılarına 107,7 mln. manat məbləğində subsidiya ödənilib. Bu barədə hökumətdən məlumat verilib.
Bu məbləğdən 85,2 mln. manat yanacaq və motor yağlarının alınması, buğda, ting əkini və təkrar əkin üçün ayrılıb.
Hamilə, 14 yaşına çatmamış uşağı, yaxud sağlamlıq imkanları məhdud uşağı olan, habelə tibbi rəy əsasında xəstə ailə üzvünə qulluq edən qadınların xahişi ilə işəgötürən onlara natamam iş günü və ya natamam iş həftəsi müəyyən etməlidir. Bu halda qadının gündəlik və ya həftəlik iş vaxtının müddəti tərəflərin razılığı ilə müəyyən edilir.