Bakı Fond Birjasında Azərbaycan Mərkəzi Bankı nəzdində İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 5 mln. manatlıq hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.
Dünya birjalarında qızıl ucuzlaşıb
Amerika fond bazarında Dow Jones indeksi 0,38% - 16 370,96 bəndədək, S&P 500 0,41% - 1 953,03 bəndədək, NASDAQ 0,34% - 4 805,76 bəndədək azalıb.
Avropa fond bazarlarında FTSE 100 indeksi 0,54% - 6 084,59 bəndədək, Fransa CAC-40-ı 0,67% - 4 518,15 bəndədək, Almaniya DAX-ı isə 0,08% - 10 131,74 bəndədək azalıb.
AMB-nin valyuta məzənnələri (15.09.2015)
Bu gün sentyabrın 14-ü ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi manata nisbətdə möhkəmlənib.
Azərbaycan Mərkəzi Bankının (AMB) sentyabrın 15-nə olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi sentyabrın 14-ü ilə müqayisədə 0,0001 manat və ya 0,01% artaraq 1,0476 manat olub.
Dünya bazarında neftin son qiymətləri (15.09.2015)
Banco.az Bloomberg-ə istinadən xəbər verir ki, Nymex birjasında WTI (West Texas Intermediate) markalı xam neftin bir barelinin qiyməti 0,17 dollar yaxud 0,39% artaraq 44,17 dollar təşkil edib.
Banco.az-ın məlumatına görə, “Brent" markalı neftin qiyməti də 0,19% və ya 0,09 dollar azalaraq 46,28 dollar/barel olub.
Azərbaycanda gələn ilin dövlət büdcəsindən sosial ipotekaya neçə manat ayrılıb?
Azərbaycanda gələn il sosial ipotekaya yönəldiləcək vəsaitin həcmi açıqlanıb.
Banco.az "APA-Economics"ə istinadən xəbər verir ki, Azərbaycanın 2016-cı ilin dövlət və icmal büdcələri üzrə layihələrində qeyd olunub ki, 2016-cı ildə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 50 mln. manat vəsait ayrılıb.
Lizinq və icarə arasındakı fərqlər
Dünya təcrübəsində «lizinq» termini uzunmüddətli istifadə üçün malların icarəsinə əsaslanan müхtəlif sövdələşmə növlərini bildirməк üçün istifadə edilir. İcarə müqaviləsinin bağlanma müddətlərindən asılı оlaraq üç növdə icarə əməliyyatları fərqləndirilir:
SOCAR bu il büdcəyə 1 mlrd. manat ödəyib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-avqust aylarında dövlət büdcəsinə 998,758 mln. manat həcmində vəsait ödəyib.
Banco.az "Report"a istinadən xəbər verir ki, bu həcmin 124,503 mln. manatı avqust ayının payına düşür.
Gələn il Azərbaycan üzrə real iqtisadi artım proqnozu açıqlandı
Azərbaycanın 2016-cı il dövlət büdcəsinin layihəsində mədaxil ümumi daxili məhsulun 25,2%-i həcmində olmaqla nominal ifadədə 14,566 mlrd. manat, məxaric isə ÜDM-in 28,2%-ni təşkil etməklə 16,264 mlrd. manat həcmində proqnozlaşdırılır.
Azərbaycanın maliyyə sektorunda işçilərin 10%-i ixtisar olunub
Bu ilin iyun-iyul ayları ərzində Azərbaycanın maliyyə sahəsində çalışan işçilərin 10,06%-i və ya 3,4 min nəfəri ixtisara düşüb. Cari ilin iyul ayında maliyyə sahəsində çalışan muzdlu işçilərin orta aylıq sayı 30,4 min nəfər təşkil edib. Banco.az Dövlət Statistika Komitəsinə istinadən məlumat verir ki, may ayında isə bu göstərici 33,8 min nəfər olub.
Birləşmiş Krallıqda necə hesab açmalı?
İngiltərə banklarında hesab açmaq, formal prosedurlar baxımından kifayət qədər sadədir. Lakin çoxsaylı qalmaqallar, reyulyatorlar tərəfindən tətbiq edilən iri məbləğli cərimələrdən sonra, ingilis bankarı öz müştəri “cərgələrinin təmizliyinə” olduqca ciddi yanaşırlar və əgər müştəri onlara şübhəli gələrsə hesab açmaqdan imtina edə bilərlər.