Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1 700,9 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3% çoxdur.
Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il martın 1-nə 1 700,9 mln. manat təşkil edib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, fevralın 1-i ilə müqayisədə 0,3% çoxdur.
“Xalq Bank” ASC “Bakı Ayaqqabı-2” ATSC-dəki iştirak payını 98,26%-dən 98,25%-ə çatdırıb.
Bu barədə “Report” Bankın illik audit hesabatına istinadən xəbər verir.
İngilis dilimizi inkişaf etdirmək üçün Youtube-da çoxlu pulsuz platformalar mövcuddur. Sadəcə araşdırıb tapmaq lazımdır. Ümumiyyətlə mənə görə xarici dil öyrənmək üçün biraz zəhmət çəkmək lazımdır, kursa 300-400 manat pul verib hər şeyi müəllimdən gözləmək bir o qədər də ədalətli deyil. Banco.az platformasında bu məqaləmdə sizə köməklik edəcək 8 platforma haqqında danışmışam.
Bu ilin yanvar-fevral aylarında Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 33,8 mln. manat kredit verib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,75% çoxdur.
Ticarət döyüşlərinin yaratdığı narahatlıqlar ən bahalı lüks malların ticarətçisi Louis Vuitton-un sahibi Bernard Arnault-a yaradı. Arnault sərvəti ilə Zara-nın qurucusu Ortega-nı geridə qoydu.
Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 750,3 mln. manat təşkil edib ki, bunun da 4 815,3 manatı və yaxud 62,1%-i xarici valyutada yerləşdirilib.
“Report” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu nisbət fevralın 1-də 66,3% olub.
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri bu il martın 1-nə 2 252,9 mln. manat təşkil edib.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının və bank olmayan kredit təşkilatlarının (BOKT) Azərbaycan Mərkəzi Bankı (AMB) qarşısında öhdəlikləri bu il martın 1-nə 6 344,7 mln. manat təşkil edib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi bu il martın 1-nə manatda 13,45%, xarici valyutada isə 9,87% təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Azərbaycanda depozitlər üzrə orta faiz dərəcəsi bu il martın 1-nə manatda 10,1%, xarici valyutada isə 2,92% təşkil edib.
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.