Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər. Bu barədə “Henley & Partners” tərəfindən hazırlanan “Pasportlar indeksi”ndə qeyd olunur.
Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız səfər edə bilərlər
Azərbaycan vətəndaşları 67 ölkəyə vizasız gedə bilərlər. Bu barədə “Henley & Partners” tərəfindən hazırlanan “Pasportlar indeksi”ndə qeyd olunur.
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeni layihələr həyata keçirir. Yeni konsepsiya əsasında təqdim edilən Sabirabad və Masallı filialları, müvafiq olaraq Sabirabad şəhəri, Heydər Əliyev prospekti 33 və Masallı şəhəri, Heydər Əliyev prospekti 91 ünvanında fəaliyyət göstərir. Artıq müştərilər yeni filiallarda müasir bank xidmətlərindən istifadə edə bilərlər.
“Kapital Bank” Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən (Naxçıvan, Şərur, Şahbuz, Sədərək, Culfa, Ordubad, Babək və Kəngərli filialları) üçün aşağıdakı vakant vəzifələr üzrə namizəd axtarışını elan edir.
ABŞ Prezidenti Donald Trampın Fed üçün namizədi Stefan Moore, Fed-in Sentyabr və Dekabr aylarındakı faiz artırmasının yanlış olduğunu deyib.
Stefan Moore "New York Times"a verdiyi müsahibəsində, Fed-in pul siyasəti faizini (uçot dərəcəsini) təcili şəkildə 50 faiz bəndi aşağı salması lazım olduğunu söyləyib.
Hamımız yaşadığımız həyatda qısa müddət ərzində rahat yaşamaq üçün ehtiyacımız olan və ehtiyac kimi gördüyümüz şeyləri əldə etməyə can atırıq. Amma unutmamaq lazımdır ki, düşünmədən ehtiyacımız olmayan şeyləri alarsaq bir müddət sonra ehtiyacımız olan şeyləri satmaq məcburiyyəti ilə qarşı qarşıya qalarıq. Ona görə də kredit götürərkən bir sıra məqamlara diqqət etmək lazımdır. Onlardan bəzilərinə toxunmağa çalışaq.
Devalvasiyadan sonra Azərbaycandakı bankların səhmdarları arasında ciddi dəyişikliklər baş verib. Bu dəyişikliklərin bir qismi yalnız “əldəyişməsi” xarakterli olsa da, bir qismi səhmdarların bazardan getməsi ilə nəticələnib.
Maliyyə böhranından əvvəl – 2014-cü il və maliyyə böhranından sonra - 2019-cu ilin əvvəli üzrə bankların səhmdar tərkiblərini oxucularına təqdim edirik.
Ötən həftə Türkiyədə Dolların bir gündə 7% bahalaşaraq yenidən 5.84 lirəyə yüksəlməsində swap bazarının ən böyük oyunçusu "JP Morgan"ın barmağının olduğu iddia edilir. Türkiyə mətbuatı yazır ki, 5.65 TL səviyyəsində əcnəbilərin opsion bağlaması, arxasından da "JP Morgan"ın 5.90 TL hədəfi ilə uzun mövqe təklif etdiyi hesabat yayması məzənnədə spekulyativ artıma səbəb olub.
ABŞ-ın texnologiya nəhəngi Apple şirkəti Apple TV Plus, Apple News Plus, Apple Arcade və Apple Card adlı yeni xidmətlərini təqdim edib. Sərmayəçilər isə ilk baxışda ümid etdiyini tapa bilməmiş kimidir. Təqdimatın ardından şirkətin səhmləri 2,31% ucuzlaşıb.
2018-ci ildə Azərbaycanın bank sektoru hər ay orta hesabla 23 milyon 283 min manat xalis mənfəət əldə edib.
Ötən il sektorun gündəlik mənfəəti 765,48 min manat, 1 saatlıq mənfəəti 31,895 min manat, 1 dəqiqəlik mənfəəti 531,58 manat, 1 saniyəlik mənfəəti isə 8,86 manat təşkil edib.
Dolar/TL məzənnəsi, Türkiyə Mərkəzi Bankının addımları və ölkə xaricində TL swap faizlərinin yüksəlməsi ilə əlaqədar olaraq düməkdə davam edir (Dollar ucuzlaşır, Türk Lirəsi bahalaşır).
Bakı vaxtı ilə saat 09:40-da Dollar/TL məzənnəsi 5.3189 lirədə olub.