Banco.az | Tezliklə

Bakıda illik inflyasiya 2%-i keçib

Bu ilin yanvar-fevral aylarında Bakıda istehlak məhsullarının və xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,2% artıb.

Bu barədə Dövlət Statistika Komitəsnin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib.

Azərbaycanca

Kosova yüksək gömrük vergisi tətbiq etdiyinə görə tənqidə məruz qalıb

Avropa İttifaqı Komissiyasının Qonşuluq siyasəti və genişlənmə müzakirələrinə məsul olan üzvü Yohannes Han Kosovanın Bosniya-Herseqovina və Serbiyadan idxal edilən məhsullara 100 faizlik gömrük vergisi tətbiq etməsini tənqid edib. Bosniya-Hersoqovinadakı görüşlərdən sonra Serbiyaya səfər edən Y.Han Belqradda Baş nazir Ana Brnabiç ilə görüşüb.

Azərbaycanca

İnternet informasiya resurslarından istifadə üzrə top 10-luq

2019-cu ilin 1-ci rübü üzrə dövlət orqanlarının rəsmi internet resurslarından ən çox aşağıdakı domenlərə istifadəçi müraciətləri qeydə alınıb. Vergilər Nazirliyinin rəsmi internet səhifəsi top 10 dövlət orqanı rəsmi internet resursu üzrə toplam giriş sayında birincidir.

Toplam giriş sayına görə:

Azərbaycanca

Ölkədə muzdla işləyənlərin sayı artıb

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu il martın 1-nə olan ilkin məlumata əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5.129,9 min nəfər olub və onlardan 4.876,0 min nəfərini məşğul əhali təşkil edib. Bu il fevralın 1-nə olan məlumata görə, muzdla işləyənlərin sayı 1.523,8 min nəfər olub, onlardan 862,8 min nəfəri dövlət sektorunda, 661,0 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Azərbaycanca

"Kredit faizlərinə yuxarı hədd tətbiqi" təklifi yenidən müzakirəyə çıxarılır

Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında "Banklar haqqında" qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq.

Qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.

Azərbaycanca

Bank BTB: Arzular mövsümü açıq elan olunur!

Bank “BTB” ASC qarşıdan gələn yaz-yay mövsümünün xüsusiyyətlərini nəzərə alaraq müştərilərinə bildirir ki, indi nağd pul krediti daha da əlçatan olub. Belə ki, Bank BTB bütün növ istehlak krediti məhsullarının şərtlərini yeniləyib və artıq müştərilər “Nağd pul krediti”, “Kredit Kart” və “Əmək haqqı hesabı Bank BTB-də olan müştərilər üçün istehlak krediti” məhsullarını endirilmiş faizlərlə və digər sadələşdirilmiş şərtlərlə əldə edəcəklər.

Azərbaycanca

Asan imza nədir və ondan harda istifadə edilir?

Asan İmza (Mobil imza) - Vergilər Nazirliyi və Mobil operator tərəfindən verilən və elektron xidmət istifadəçisinin autentifikasiyasını, sənədin elektron imzalanmasını və imzalayan şəxsin şəxsiyyətinin müəyyən edilməsini (identifikasiyasını) təmin edən xidmətdir.

Azərbaycanca

Asiya Bankı Azərbaycanla bağlı proqnozlarını AÇIQLADI

Asiya İnkişaf Bankı “Asiyanın İnkişafına Nəzər Hesabatı 2019”u dərc edib.

Hesabatın Azərbaycan Üzrə Fəslində bildirilir ki, dövlət investisiyaların və istehlakın artması nəticəsində iqtisadi artım tempinin 2019-cu ildə 2.5%-dək güclənəcəyi, Şah Dəniz 2 meydanında qaz hasilatı sürətləndikcə isə 2020-ci ildə 2.7%-ə çatacağı gözlənilir.

Azərbaycanca

Yeni “BirKart BOKT” fəaliyyətə başladı

Kapital Bank-ın təsis etdiyi yeni “BirKart BOKT” MMC-nin ilk filialı fəaliyyətə başladı. Filial Bakının Yasamal rayonunda, Şərifzadə küçəsi 130D ünvanında olan Maxi.az mağazasında (İnşaatçılar metro stansiyasının yaxınlığında) yerləşir. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 19:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 20:00-dək müştərilərə xidmət göstərir.

Azərbaycanca

“AGBank”ın səhmdarları toplaşır

7 iyun 2019-cu il tarixində saat 10.00-da bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında “AGBank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »