Ölkənin qanunverici orqanları tərəfindən Küveytdə yaşayan və işləyən xarici ölkə vətəndaşlarından tutulan verginin dərəcəsinin artırılması ilə bağlı mübahisə doğuran məsələlər müzakirəyə çıxarılıb. İrəli sürülən təkliflərdən biri də budur ki, ölkədə fəaliyyət göstərən əcnəbilərin öz ölkələrinə göndərdikləri 500 Küveyt dinarından (1640 ABŞ dolları) atrıq pul köçürmələri üçün indiyədək tutulan 5 faizlik verginin dərəcəsi artırılsın.
Küveytdə xarici vətəndaşlardan tutulan vergi artırılacaq