Bu gün Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak yeni İslahat Paketini açıqlayacaq.
Bu münasibətlə tədbirin Bakı vaxtı ilə saat 12:00-da başlayacağı gözlənilir.
Bu gün Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak yeni İslahat Paketini açıqlayacaq.
Bu münasibətlə tədbirin Bakı vaxtı ilə saat 12:00-da başlayacağı gözlənilir.
Beynəlxalq Valyuta Fondu (BVF) 2019-ci il üçün qlobal iqtisadi artım proqnozunu risklərin artdığını bildirərək 3.5 faiz səviyyəsindən 3.3% səviyyəsinə endirib.
ARDNŞ (SOCAR) Pakistana 100 milyon dollar məbləğində Azərbaycan neftinin tədarükünə dair saziş imzalayıb. Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.
“Ötən həftə İslamabadda 100 milyon dollar məbləğində Azərbaycan neftinin Pakistana tədarükünə dair saziş imzalanıb”, - səfir bildirib.
Bu il üçün Azərbaycanda real iqtisadi artım 3,4%, 2020-ci ildə 3,1%, 2024-cü ildə isə 1,7% olacaq.
Bu barədə Beynəlxalq Valyuta Fondunun “World Outlook” hesbatının aprel buraxılışında deyilir.
Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.
Bunu Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.
Məlumat verildiyi kimi, aprelin 4-dən Bakının Nizami rayonunda yerləşən ticarət mərkəzində baş vermiş yanğında zərər çəkmış sahibkarlara maddi yardımın göstərilməsi ilə bağlı sənədlərin qəbuluna başlanılmışdır.
“Azərbaycan hökuməti 2019-cu ildə 25,5 mlrd. kVt/s elektrik enerjisi istehsal etməyi gözləyir”.
Bu barədə Almaniya-Azərbaycan Xarici Ticarət Palatasının “Market Analysis Azerbaijan 2019” ("Bazarın təhlili Azərbaycan-2019") nəşrində deyilir.
Əgər Azərbaycan hökuməti tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC-nin özəlləşdirilməsində iştirakla bağlı təklif gəlsə, biz bu məsələni nəzərdən keçirə bilərik”.
Bunu “Report”a eksklüziv açıqlamasında Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan ofisinin rəhbəri Aliyə Əzimova deyib.
B2B - İngiliscə "Business to Business” termini “Biznesdən biznesə” kimi tərcümə olunur. Bu, şirkətlər arası ticarət, marketinq və satış üçün verilən qısa addır. Bu, bir şirkətin məhsul və xidmətlərinin başqa firmaya satıldığı anlamına gəlir.
İnternetdən kommersiya məqsədilə istifadə yaxın tarixə əsaslanır. Son tədqiqatlar göstərir ki, internet vasitəsilə ticarət sahəsində əhəmiyyətli bir artım var. E-ticarətin bazar payı gündən-günə artmaqdadır. Bəs düzgün e-ticarət saytı necə olmalıdır?