Banco.az | Tezliklə

Kapital Bank işçiləri sərbəst geyim tərzinə keçiblər - VİDEO

Müasir dövrdə dünyanın əksər böyük şirkətləri sərt dress-code məsələsində işçilərinə müəyyən güzəştlər edirlər. Artıq ölkəmizdə də bu yeniliklər tətbiq olunmağa başlayıb. Buna misal olaraq Kapital Bank-ı nümunə göstərmək olar. Belə ki, bankın arxa ofisində çalışan əməkdaşlarına ənənəvi klassik geyimdən sərbəst geyimə keçid üçün icazə verilib.

Azərbaycanca

Bank of Baku-da YENİ TƏYİNAT

Bank of Baku-da yeni əyinat gerçəkləşib.

İlqar İbrahimov Ödəniş Sistemləri Departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

Azərbaycanca

Bank “BTB” güzəştli ipoteka kreditini 1 günə rəsmiləşdirir!

Bank “BTB” ASC güzəştli mənzil arzusunda olanlara cəmi 1 günə ipoteka krediti verir. Beləliklə, Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satışına qoşulmaq istəyənlər Bank BTB-ya müraciət edə bilərlər.

Azərbaycanca

KPMG Azərbaycan: "Bizə qarşı irəli sürülən ittihamlar..." - MÜSAHİBƏ

Dünyanın ən məşhur auditor şirkətlərindən biri, «Böyük Dördlü»yə daxil olan KPMG şirkətinin Azərbaycandakı ofisinin adı təqribən iki ilə yaxındır ki, ölkənin iki məşhur bankı olan «Bank Standard»və «Texnikabank»ın bağlanması ilə bağlı prosesdə hallanır. Həmin banklar üçün audit hesabatını KPMG şirkəti hazırlamışdı.

Azərbaycanca

Ölkənin tanınmış iki hüquqşünası Hüquq şirkəti yaratdı!

Ölkənin bank və maliyyə nəzarəti sektorunda böyük təcrübəyə malik Rəşad Yusifov və Nurlan Babayev Ensis hüquq şirkətini təsis ediblər.

Azərbaycanca

"Səhmlər 20 faizədək ucuzlaşa bilər"

ABŞ-ın aparıcı hedc fondu rəhbərlərindən David Tepper, ABŞ ilə Çin arasındakı ticarət əlaqələrinin daha da pisləşməsi halında səhmlərdə kəskin şəkildə ucuzlaşma ola biləcəyini söyləyib.

CNBC-yə müsahibə verən Tepper, "Əgər dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət gərginlikləri daha da artarsa səhmlər 5-20 faiz dəyər itirə bilər" - deyib.

Qeyd edək ki, ABŞ və Çin bir-birlərinə qarşılıqlı gömrük rüsumları tətbiq edirlər. "Ticarət müharibəsini" ABŞ Prezidenti Donald Tramp elan edib.

Marja.az

Azərbaycanca

Daha savadlı olmağa hazırsınız?

Dünyaca məhşur bir çox işgüzar kitabın azərbaycan dilində olmadığını nəzərə alaraq Readit.az layihəsi oxuculara yeni kitabını təqdim edir. “Daha ağıllı ol!” olaraq adlandırılan bu kitabda qısa məzmunlar dörd ümumi başlıqda təqdim olunur. Kitaba “Rework”, “Skrum”, “Mavi Okean Strategiyası”, “Drayv”, “Dahilər və digərləri”, “Razısalma Psixologiyası”, “Biznes Dünyasının Macəraları” və s.

Azərbaycanca

Yeni məzun olanlara iş tapmaq üçün FAYDALI TÖVSİYƏLƏR

Universitetdən yenicə məzun olmusunuz və iş elanlarına baxıb özünüzü kifayət qədər uyğun hesab etmirsiniz? Onlarca CV göndərmisiniz, amma yenə də sizi istədiyiniz işə götürmürlər? Günümüzün tələblərinin getdikcə artdığını və hər ötən gün yeni peşə sahələrinin yarandığını nəzərə alsaq, iş tapmağın çətinliyi aşkardır.

Azərbaycanca

Alibaba şirkətinin rəhbəri Cek Ma öz vəzifəsindən istefa edir

Alibaba şirkətinin yaradıcısı Cek Ma çox vacib qərar açıqlayıb. Verdiyi açıqlamada o, 20 ildir yaratdığı şirkətin idarəsini təhvil verəcəyini bildirib. Onu əvəz edəcək şəxs isə Alibaba şirkətinin baş direktoru Daniel Çandır.

Azərbaycanca

Bitcoinlə milyardlar qazanan şəxslər haqda MARAQLI FAKTLAR

Bitcoin mövzusu hal-hazırda müzakirəli mövzu olmaqda davam edir. Bəziləri onun qara bazar üçün nəzərdə tutulduğuna inansa da digər insanlar gələcəkdə məhz bitcoinin pulu əvəz edəcək dəyərli vasitələrdən biri olacağını bildirir. Bu haqda fikir demək olduqca çətindir, yalnız bir şeyi demək olar ki, bitcoinin gələcək aqibətini zaman göstərəcək. Amma onu da qeyd etməliyik ki, hal-hazırda dünyada bitcoin hesabına varlanan yetərincə insan var.

Azərbaycanca

Səhifələr

« first ‹ previous last »