Banco.az | Tezliklə

PAŞA Sığorta şirkətinin rəhbərliyində yeni təyinat olub!

PAŞA Sığorta şirkətinin İdarə Heyətinə yeni təyinat olub.

Belə ki, Ülviyyə Abbasova PAŞA Sığorta şirkətində İdarə Heyətinin üzvü vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin edilib.O, şirkətin maliyyə blokuna rəhbərlik edəcək.

Azərbaycanca

Dövlət xətti ilə ipoteka kreditləşməsi 7% artıb

Bu ilin yanvar-mart aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 52,7 milyon manat ipoteka krediti verilib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

Azərbaycanca

Kriptovalyutalar 2019-cu ilin ən yüksək səviyyəsinə çatdı

Kriptovalyuta bazarı 2019-cu ilin ən yüksək səviyyəsinə çatdı. Bütün kriptovalyutaların ümumi həcmi son 24 saat ərzində təxminən 11 milyard dollar artdı. Bitcoin 5 800 dolların üzərinə çıxarkən ən qiymətli ilk 10 kripto valyuta onunla birlikdə eyni şəkildə yüksəldi.

Azərbaycanca

Ən aşağı faizlə kredit verən 5 bank

Bəzən nağd pula ehtiyacımız yarandığı zaman banklara üz tuturuq və kredit əldə etməyə çalışırıq.

Azərbaycanca

Azərbaycanda problemli kreditlər azalıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il aprelin 1-nə 1 milyard 558 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu, fevralın 1-i ilə müqayisədə 1,1%, yanvarın 1-nə nisbətən 1,7%, ötən il aprelin 1-i ilə müqayisədə isə 8,9% azdır.

Azərbaycanca

AGBank-ın bankomat şəbəkəsi daha da genişlənir

Azərbaycanın aparıcı banklarından olan AGBank ASC əhalinin bank xidmətlərindən rahat və operativ şəkildə yararlanması üçün yeni bankomatı istifadəyə verib. 

Azərbaycanca

Expressbank müştərilərinə 400.000 AZN cashback qaytarıb

“Xərclərinizi gəlirə çevirin” şüarı ilə istifadəçilərin rəğbət və sevgisini qazananExpressclub yarandığı gündən bu günədək müştərilərinə 400.000 AZN vəsait qazandırıb.

Azərbaycanca

Pul bazasında 1 ayda yarım milyard manatlıq artıb

2019-cu ilin Aprel ayında Azərbaycanda pul bazası 548,8 milyon manat artıb.

30 Aprel 2019-cu il tarixində pul bazası 9 milyard 495.1 milyon manat təşkil edib. Martın sonunda pul bazası 8 milyard 946.3 milyon manata çatmışdı.

Azərbaycanca

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

2019-cu ilin Aprel ayında Mərkəzi Bankın valyuta ehtiyatları 10,4 milyon dollar artıb.

30 Aprel 2019-cu il tarixində valyuta ehtiyatları 5 milyard 789 milyon dollar təşkil edib. Martın sonunda ehtiyatlar 5 milyard 778 milyon 600 min dollara çatmışdı.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »