Banco.az | Tezliklə

Azərbaycan Beynəlxalq Bankının “İsmayıllı” şöbəsinin yeni ofisi istifadəyə verildi

Azərbaycan Beynəlxalq Bankı xidmət ofislərinin yeni konseptə uyğun inkişafı layihəsini davam etdirir. Xidmətin keyfiyyətinin artırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə həm Bakı, həm də regionlardakı filial və şöbələr vahid korporativ üsluba uyğunlaşdırılır. Layihə çərçivəsində Azərbaycan Beynəlxalq  Bankının İsmayıllı şöbəsinin ofisi də yeni ünvanda istifadəyə verilib.

Azərbaycanca

Gürcüstan və Cənubi Koreya ikiqat vergitutmanın qarşısının alınması barədə razılığa gəlib

İki ölkə hökumətləri arasında imzalanmış saziş eyni gəlirə görə iki dəfə vergi tutulmasına yol verməmək üçün tərəflərin hər birinin üzərinə düşən hüquqları və öhdəlikləri müəyyənləşdirir. Sazişi Gürcüstanın maliyyə naziri ilə Yaponiyanın maliyyə naziri və maliyyə nazirinin müavini imzalayıblar. İmzalanma mərasimindən sonra hökumət təmsilçiləri ölkələri arasında iqtisadi əməkdaşlığın və sərmayə qoyuluşlarının perspektivlərini müzakirə ediblər.

Azərbaycanca

Gəlir və xərc fərqinin kompensasiya edilməsi - MİSAL

Əvvəllər sadələşdirilmiş verginin ödəyicisi olmuş müəssisə 1 yanvar 2019-cu ildən ƏDV qeydiyyatına alınmış və ƏDV-nin və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərir. Müəssiəsə sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə gəlir və xərcin uçotunu aparmışdır. Sadələşdirilmiş verginin ödəyicisi olduğu dövrdə balansında olan avadanlığa qanunla icazə verilən həddən aşağı amortizasiya və təmir xərci normaları tətbiq edilmişdir.

Azərbaycanca

Xidmətin göstərildiyi yerin müəyyənləşdirilməsi

ƏDV məqsədləri üçün görülən işlərin, göstərilən xidmətlərin yerindən asılı olaraq vergitutmanın ayrı-ayrı halları tətbiq edilir. Bəzən elə əməliyyat olur ki, o, faktiki olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilir, lakin Vergi Məcəlləsinə görə, həmin əməliyyat Azərbaycan Respublikasında həyata keçirilmiş sayılır və vergiyə cəlb edilir. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Azərbaycanca

Braziliya vergi orqanları Neymarın əmlakını "həbs edib"

Braziliyanın vergi administrasiyası hazırda Fransanın "Paris Sen-Jermen" klubunda oynayan məşhur futbolçu Neymarın əmlakına həbs qoyub. "Bu, təminat tədbiridir. Normal təcrübə hesab edilir. Əmlak əvvəlki kimi öz sahibinə məxsusdur", - futbolçunun vəkili Markus Neder mətbuat üçün açıqlmasında bildirib.

Azərbaycanca

Tayvan beynəlxalq investorlar üçün vergiləri azaltmağı planlaşdırır

Ölkənin maliyyə bazarlarında son zamanlar ticarətin kəskin şəkildə azalması ilə əlaqədar olaraq Tayvan hökuməti təcili tədbirlər görmək niyyətindədir. Maliyyə bazarının canlandırılmasını stimullaşdırmaq məqsədilə Maliyyə Nəzarəti Komissiyası investorların ödədikləri vergilərin dərəcələrini azaltmağı tövsiyə edib. Qanun layihəsi artıq yekun variantda hökumətə təqdim edilib.

Azərbaycanca

Vergi tutulan əməliyyatın dəyəri necə hesablanmalıdır? - NÜMUNƏ

Vergi Məcəlləsinin 161.1-ci maddəsinə görə, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir. Bu maddədə ilk baxışda dəyərin formalaşmasının sadə olduğu görünsə də, məsələyə dərindən yanaşanda müəyyən suallar üzə çıxır.

Azərbaycanca

Qlobal şirkətlərin "vergi oyunları" sona yaxınlaşır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Baş katibi Angel Qurria "Google", "Apple", "Facebook" ve "Amazon" kimi internet nəhənglərinin vergiyə cəlb olunmasının 2020-ci ilin sonuna qədər hüquqi əsaslara keçiriləcəyini bidirib: "Bundan sonra inkişaf etməkdə olan ölkələr yığa bilmədikləri vergiləri yığmağa başlayacaqlar".

Azərbaycanca

Vergidən azad olunmuş gəlirlərə görə vergi orqanına bəyannamə verilməsi

Fərdi sahibkar kənd təsərrüfatı məhsulunun istehsalı ilə məşğul olur. Onun istehsal etdiyi tərəvəz bazarda satılır. Bu halda fərdi sahibkar vergidən azad olunmuş gəlirlərinə görə vergi orqanına bəyannamə təqdim etməlidirmi? Bəyannamə təqdim etmədiyi təqdirdə, ona hər hansı cərimə nəzərdə tutulurmu?

Azərbaycanca

Fransa məhkəməsi "Google" şirkətini cərimə ödəməkdən azad edib

Paris İnzibati Apelyasiya Məhkəməsi ABŞ-ın "Google" korporasiyasının Fransa dövlətinə 1,1 milyard avro məbləğində vergi ödəməkdən azad olunması ilə bağlı bundan əvvəl qəbul edilmiş qərarı qüvvədə saxlayıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »