ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisinin 25%-ə endirildiyini açıqlayıb.
ABŞ Türkiyə üçün gömrük vergisini 25 faizə endirdi
ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın Türkiyədən polad idxalına tətbiq etdiyi 50% gömrük vergisinin 25%-ə endirildiyini açıqlayıb.
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 4-nün bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatların yaradılmasına ayırdığı vəsait ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.
Amazon şirkətinin sahibi və dünyanın ən varlı insanı olan Ceff Bezosun xəyalında canlandırdığı kosmosda yaradılacaq mədəniyyətin konsepsiyasını əks etdirən şəkillər yayımlanıb.
Bankların sağlamlaşdırılması prosesi, onların kapitallaşdırılması, korporativ idarəetmə sistemlərinin təkmilləşdirməsi və sair tədbirlər uzun müddətlidir. Bu proseslər davam edir və buna təkan verən amillərdən ən önəmlisi Azərbaycan Prezidentinin problemli kreditlərin həlli ilə bağlı imzaladığı Fərman oldu. Məhkəmə hüquq sisteminin təkmilləşdirilməsinə dair Fərman da bu prosesdə mühüm rol oynayacaq.
Son dövrlərdə Azərbaycanda valyuta əsaslı alətlər üzrə USD/TRY və USD/RUB-la maraq kəskin artıb.
Bu barədə açıqlamasında Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədrinin müşaviri Rəşad Ağayev bildirib.
İsveçrənin qida şirkəti "Nestle", dəri sağlamlığı hissəsini təxminən 10,2 milyard dollara satmaq üçün Abu Dabi Sərmayə Şurası və "EQT Partners"in yaratdığı konsorsiyum ilə danışıqlara başladığını açıqlayıb.
Açıqlamada satışın tamamlanmasının bu ilin ikinci yarısında gözlənildiyi qeyd edilib.
"Chainalysis"in iqtisadçısı Grauer, bütün "Bitcoin"lərin 20%-inin 448 adamın əlində olduğunu bildirib.
"Chainalysis Inc." tərəfindən aparılmış yeni araşdırmaya görə, "Ethereum" blokçeyninə gücünü verən "Ether"lərin üçdə biri yalnız 376 nəfərin əlindədir.
“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Fərmanının icrası ilə əlaqədar olaraq, Unibank filiallarının iş vaxtı axşam saat 20.00-dək uzadılıb. Müştərilər kompensasiya məbləğlərini əldə etmək üçün həftənin 5 günü saat 20.00-dək filiallara müraciət edə bilərlər.
Qanunvericilikdə edilmiş son dəyişikliyə əsasən, Türkiyə vətəndaşları xaricdən ölkəyə televizor, musiqi mərkəzi və cib telefonları kimi cihazları üç ildə bir dəfə vergi ödəmədən gətirə biləcəklər. Dəyəri 1.500 avrodan artıq olmamaq şərti ilə poçt və ya sürətli karqo nəqliyyatı ilə gətirilən əşyalar, eləcə də səfərdən qayıdan vətəndaşların özləri ilə gətirdikləri və müəyyənləşdirilmiş limiti keçən əşyaların qiymətinə görə vergi tutulacaq.
2019-cu ilin yanvar-aprel ayları ərzində ölkə üzrə 72,4 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 19,7 minə yaxını (27,2 faizi) ilkin, 52,7 minə yaxını isə (72,8 faizi) isə təkrar qeydiyyata aid olub.