Banco.az | Tezliklə

Neft Fondu valyuta satışını 8% azaldıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 2 327,7 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8% azdır.

Azərbaycanca

Xalq Bankdan unikal kredit təklifi!

Qloballaşan dünyada biznes proseslərinin sürətləndiyi bir zaman tərəfdaşlar arasında etibar və güvənliliyin artırılması,vaxt itkisi və biznes risklərinin minimallaşdırılması, hesablaşmaların təhlükəsizliyiamilləri son dərəcə aktuallaşır. Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün ən geniş istifadə olunan məhsul akkreditivdir.

Azərbaycanca

Yapı KrediBank Azərbaycan “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli” üçün saziş imzaladı

Palata tərəfindən “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə hesablaşma agenti modeli”nin təqdimatı keçirilib və modelin tətbiq edilməsi üzrə qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş imzalanıb.

Azərbaycanca

Expressbank cəbhəyanı bölgədə uşaqları sevindirdi

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın əməkdaşları 1 iyun uşaqların müdafiəsi günü ilə bağlı Tərtər rayonunda xeyriyyə aksiyası təşkil ediblər. “Xoşbəxt gələcəyimiz naminə” adlı layihə çərçivəsində növbəti tədbir Tərtər Rayon İcra hakimiyyətinin dəstəyi ilə məcburi köçkünlər üçün yeni inşa edilmiş Şıxarxda qəsəbəsində baş tutdu.

Azərbaycanca

Ramazan bayramında Expressbank-dan ikiqat cashback sevinci!

Azərbaycanın aparıcı banklarından biri Expressbank,plastik kart sahiblərini  Ramazan bayramı ərəfəsində iki qat cashbackla sevindirəcək.  ExpressClub layihəsi çərçivəsində 01- 05 iyun tarixlərində reallaşan aksiya müddətində Expressbank-ın plastik kart sahibləri seçilən tərəfdaşların xidmətlərindən faydalanaraq, nağdsız ödənişlərdə daha çox cashback qazanma imkanını əldə edəcəklər.

Azərbaycanca

“Fitch Ratings”dən neft qiymətləri barədə proqnoz

Bu il neft qiymətlərinin orta hesabla 65 dollar səviyyəsində olacağı gözlənilir.

Bunu  “Fitch Ratings” agentliyinin Avropada suveren fondlar üzrə direktoru Marina Stefani deyib.

Azərbaycanca

NBCBankda Kompensasiyaların verilməsi barədə son məlumat

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən 28 fevral 2019-cu il tarixində imzalanmış “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanının icrası 31 may 2019-cu il tarixində başa çatıb.

Azərbaycanca

Problemli kreditlərlə bağlı Açıqlama!

Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında”  Fərmanının icrası uğurla başa çatdırılmışdır.

Azərbaycanca

Problemli kreditlər azalmaqda davam edir

2019-cu ilin Aprel ayının sonunda cəmi 13 milyard 11,4 milyon manatlıq kredit qoyuluşlarının 1 milyard 503,8 milyon manatını və ya 11,6%-ni ödəmə vaxtı keçmiş kredit təşkil edib.

Azərbaycanca

13 bankın balans kapitalı azalıb

Bu il aprelin 1-nə olan vəziyyətə görə, Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 13-nün balans kapitalı illik müqayisədə azalıb.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »