Banco.az | Tezliklə

Dövriyyədə olan nağd pul və bank ehtiyatları 10 milyard manatı keçdi

2019-cu ilin May ayında Azərbaycanda pul bazası 677,3 milyon manat artıb. 

31 May 2019-cu il tarixində pul bazası 10 milyard 172.4 milyon manat təşkil edib.

Azərbaycanca

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

31 may 2019-cu il tarixində Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 870,9 milyon dollar təşkil edib.

Aprel ayının sonu ilə müqayisədə valyuta ehtiyatları 81,9 milyon dollar artıb.

 

Azərbaycanca

Aİ Komissiyasının məsul üzvü texnoloji şirkətlərə vergi güzəştinin əleyhinədir

Avropa İttifaqı (Aİ) Komissiyasının rəqabət məsələlərinə məsul üzvü Marqret Vestager Avropa Parlamentinə seçkilərlə bağlı səs vermək üçün öz ölkəsinə - Danimarkaya gəlib.

Azərbaycanca

Əcnəbilərin nağdsız əməliyyatlarının həcmi artıb

Bu ilin aprel ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 103 milyon manat təşkil edib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayı üzrə "İxrac icmalı"nda bildirilib ki, 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu isə 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çoxdur.

Azərbaycanca

Təhsil müəssisələrinin mənfəətindən vergi tutulması

Vergi Məcəlləsinin 106.1.7-ci maddəsinin yeni redaksiyasında təhsil müəssisələrinin mənfəətinin (mənfəətin dividendlərin ödənilməsinə yönəldilən hissəsi istisna edilməklə) vergidən azad olunduğu göstərilir. Təhsil müəssisəsinin mənfəəti 80.000 manat olarsa və həmin məbləğin 64.000 manatı (xalis mənfəət) dividendlərin ödənilməsinə yönəldilərsə, bu halda müəssisə hansı məbləğdən (80.000 və ya 64.000) mənfəət vergisi hesablamalıdır?

Azərbaycanca

Rusiyada xüsusi iqtisadi zonalar ümidləri doğrultmayıb

"İzvestiya" qəzetinin məlumatına əsasən, Hesablama Palatasının bülletenində xüsusi iqtisadi zonaların (XİZ) gələcəyi ilə bağlı nikbin proqnoz verilməyib. Büllütendə qeyd edilib ki,rezidentlərinə ciddi vergi və gömrük güzəştləri müəyyənləşdirilən XİZ-lər əvvəlcədən təxmin edildiyinin əksinə olaraq Rusiya iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilə bilməyib.

Azərbaycanca

Meksikaya qanunsuz qaçqınlara görə vergi tətbiq olunur

ABŞ rəhbərliyi Latın Amerikasından olan qanunsuz qaçqınların Meksika üzərindən ABŞ-a daxil olmasının qarşısını almaq üçün 5 faizlik gömrük vergisi qoyulduğunu bəyan edib.

Azərbaycanca

ABŞ-ın vergi siyasəti böyük şirkətlərin coğrafiyasını dəyişir

ABŞ ilə Çin arasında gedən ticarət müharibəsi – Prezident Trampın Çin mallarına əlavə gömrük vergisi tətbiq etməsi nəticəsində "Apple" və onun tədarükçü şirkəti olan "Pegatron" istehsal zəncirini Çindən xaricə köçürməyi planlaşdırıb. Köçün ünvanının Vyetnam olacağı gözlənilirdi. Yerli xəbər mənbələrinin məlumatına əsasən, daha yaxşı şərtlərlə işçi qüvvəsi təklif etdiyinə görə, Vyetnamın əvəzinə İndoneziya seçilib.

Azərbaycanca

Azərbaycan bir yataqdan 280,4 milyon ton mənfəət nefti satıb

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarından indiyədək 483 milyon ton neft hasil edilib ki, bunun da 280,4 milyon tonu ölkənin mənfəət neftinin payına düşüb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında bildirib ki, AÇG yataqlarından hasil edilən neftin 58 faizi Azərbaycanın payına düşür.

Azərbaycanca

Dövlət qulluqçularının orta aylıq əməkhaqqı 15,3 faiz artıb

2019-cu il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 29,1 min nəfər olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, onların 28,5 faizini qadınlar təşkil edib. Dövlət qulluqçularının 4,5 faizi inzibati vəzifələrin ali - 3-cü təsnifatları, 75,7 faizi 4-7-ci təsnifatları üzrə və 19,8 faizi dövlət qulluğunun yardımçı vəzifələrində işləyib.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »