Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
Astara üçün pul ayrıldı - SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Astara rayonunun Pensərçay çayında sahilbərkitmə işləri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
"Standard & Poor's"un (S&P) iqtisadçıları, ABŞ iqtisadiyyatında artan əks küləklər səbəbilə ABŞ Mərkəzi Bankının (Fed) bu il ehtimalla faiz endiriminə gedəcəyini bildiriblər.
S&P daha əvvəlki təxminlərində Fed-in bu il faizlərdə dəyişikliyə getməyəcəyini nəzərdə tuturdu.
ABŞ Əmək Nazirliyinin məlumatlarına görə, istehlakçı qiymətləri indeksi (inflyasiya) Mayda aylıq müqayisədə 0.1% artıb, bu Yanvar ayından bəri ən aşağı artımdır. İllik artım 2%-dən 1.8%-ə geriləyib.
Proqnozlar aylıq 0.1%, illik 1.9% artım idi.
Tokio İran neftinin alışını davam etdirmək niyyətindədir.
"RİA "Novosti" xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani Yaponiyanın baş naziri Sindzo Abe ilə danışıqların yekununda deyib.
Azərbaycan cari ilin may ayında Ukraynadan şəkər idxalının həcminə görə lider olub. Bu barədə Ukrayna mətbuatı xəbər verir.
Beynəlxalq birjalarda qlobal risklərə dair ehtimalların artması, avro kimi aparıcı valyutaların dollara nisbətən qiymətlərinin ucuzlaşmasına təsir edir.
EUR/USD məzənnəsində ucuzlaşma
Özəl sektor məlumatlarının ABŞ-da xam neft ehtiyatlarının təxminən iki ilin ən yüksək səviyyəsinə qalxdığını göstərməsi, ABŞ və Çin arasındakı ticarət anlaşılmazlığının davam etməsi ilə əlaqədar olaraq neft qiymətləri düşür.
Harvard Universitetinin Professoru və “Men and Women of the Corporation” (“Şirkətin Kişi və Qadın İşçiləri”) kitabının müəllifi olan Rosabeth Moss Kanter apardığı araşdırmalar nəticəsində qadınların işgüzar həyatda daha qəddar olması həqiqətini oxucularına bildirir. Müəssisələrin karyera pillələrində qarşılarına qoyduqları çətinliklər qarşısında daha da əzmlə çalışan qadınlar kişilərə nəzərən daha qəddar ola bilirlər.
Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance"ın araşdırmasına görə, Türk Hava Yolları 1,7 milyard dolları aşan marka dəyəriylə keçən il olduğu kimi bu il də "Türkiyənin ən qiymətli markası" olub.
"Brand Finance" tərəfindən "Türkiyənin Ən Qiymətli markaları-Turkey 100" araşdırmasının 12-incisi tamamlanıb.
Türkiyə Enerji Bazarını Tənzimləmə Təşkilatının (EPDK) "2018 İl Neft Bazarı Hesabatı"na görə, Türkiyə ən çox neft və neft məhsullarını Rusiya, İran və İraqdan alıb.
Türkiyənin cəmi neft idxalı keçən il bir əvvəlki illə müqayisədə 9,2% azalaraq 38 milyon 711 min tona geriləyib.