Banco.az | Tezliklə

Haqq ödəməyən banklar cərimələnəcək

Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

Dəyişiklik Maliyyə Bazarlarına Nəzarət Palatasına haqq ödəməyən bankların cərimələnməsi ilə bağlıdır.

Azərbaycanca

Bank VTB (Azərbaycan) ASC İT- avadanlığının alınması ilə əlaqədar TENDER ELAN EDİR

Tender sənədləri ilə Bankın Xətai prospekti, 38, MessenatPlaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında yerləşən ofisində tanış olmaq olar.

Azərbaycanca

Banka işə düzəlmək üçün hara müraciət etməli?

Günümüzdə çoxunun arzusu bankda işə düzəlməkdir. Lakin hər bir bankın özünə məxsus işə düzəlmə şərtləri mövcuddur. Bu məqalədə Banco.az kollektivi olaraq sizin üçün aşağıdakı cədvəl vasitəsi ilə banklarda olan vakansiyalar və müraciət formasını qeyd etmişik. Düşərli olsun!

Azərbaycanca

ABŞ-ın xam neft ehtiyatlarında sürpriz artım

ABŞ-ın kommersiya (satış üçün) xam neft ehtiyatları keçən həftə bir əvvəlki həftə ilə müqayisədə 2,2 milyon barel artıb. Ehtiyatların 1 milyon barel düşməsi gözlənirdi. 

Azərbaycanca

Azərbaycanda lombardlarla bağlı yeni qanun layihəsi hazırlanıb

"Lombardlar haqqında” yeni qanun layihəsi Prezident İlham Əliyevin imzası ilə Milli Məclisə daxil olub.

Qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Azərbaycanca

ABŞ Prezidenti bilmədən öz sirrini açıb

ABŞ dövlətinin başçısı Donald Tramp mayın sonunda Meksikadan idxal edilən mallara əlavə 5 faizlik vergi qoyulacağını, "qanundankənar qaçqın məsələsi həll edilməyəcəyi təqdirdə" vergilərin mərhələlər üzrə artırılacağını bildirmişdi. Lakin Vaşinqtonda iki ölkə rəsmilərinin görüşündən sonra əlavə verginin tətbiq edilməməsi barədə razılıq əldə olunub. Tramp Meksika rəsmiləri ilə əldə olunmuş razılaşmanın təfərrüatlarını özü də bilmədən mətbuat təmsilçilərinə açıb.

Azərbaycanca

AtaBank-ın müştəriləri banka gəlmədən bir sıra xidmətlərdən faydalana biləcəklər

“AtaBank” ASC müştərilərinə daha yüksək və operativ xidmət göstərmək məqsədi ilə bir sıra yeni xidmət və əməliyyatların icrasını bankın Qaynar xəttinə verib. Beləliklə, həm fiziki, həm hüquqi şəxslər bankın 136 qısa nömrəsinə zəng edərək və lazımi identifikasiyadan keçərək şəxsi hesabları haqda bütün məlumatı ala və müxtəlif xidmətlərdən yararlana biləcəklər.

Azərbaycanca

ABŞ-ın büdcəsində proqnozdan çox kəsir yaranıb

ABŞ-ın federal büdcədə may ayında 185,5 milyard dollar olan proqnozdan çox - 208 milyard dollar kəsir yaranıb.

Bu, bu günə qədər bir May ayında görülən ən böyük büdcə kəsiridir.

Azərbaycanca

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 1,78 ABŞ dolları və yaxud 2,74% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,20 dollar təşkil edib.

Azərbaycanca

Avropa şirkətlərinə görə Azərbaycanda biznes üçün risklər

Azərbaycanda fəaliyyət göstərən Avropa İttifaqı (Aİ) şirkətlərinin 65%-i Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) tabeliyindəki Elektron Hökumətin İnkişafı Mərkəzinin effektivliyini yüksək qiymətləndirir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »