Banco.az | Tezliklə

“Yanvarın 1-dən indeksiya ilə bütün pensiyalar 15 faiz artacaq”

“Pensiya sahəsində aparılan islahatlar 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçıların 60 faizi deməkdir. 40 faiz isə yaddan çıxmayıb. Orta əmək haqqı artımı proqnozumuz bu il 15 faizdir. Buna uyğun olaraq, yanvar ayının 1-dən indeksiya ilə bütün pensiyaçılarımızı pensiyaları əlavə olaraq 15 faiz artacaq. Bu, proqnozdur. Pessimist proqnozumuzla 12-13 faiz artım gözlənilir, orta proqnoz 15 faizdir.

Azərbaycanca

Xanımlara sevgilərimizlə!

Rabitəbank, “Güc xanımlardadır” məhsuluna yeni imkanlar əlavə edərək, ölkənin sahibkar xanımlarına dəstək olan bank kimi, güclü xanımlarımızın yanındadır !

Azərbaycanca

2019-cu ilin dövlət büdcəsinə dəyişiklik ediləcək

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi Milli Məclisə təqdim olunub.

Azərbaycanca

Büdcənin icrasında 300,6 milyon manatlıq profisit yaranıb

Dövlət büdcəsinin gəlirləri artıb. Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib. Hesabatda bildirilir ki, 2019-cu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq 7.521,1 milyon manata, xərcləri isə 21,0 faiz artaraq 7.220,5 milyon manata çatıb. Büdcənin icrasında yaranmış 300,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,3 faizinə bərabər olub.

Azərbaycanca

PAŞA Kapital "Azərbaycanın ən yaxşı investisiya şirkəti" elan edilmişdir

İyunun 18-də “Cbonds Awards CIS 2019” adlı prestijli mükafatın qalibləri müəyyənləşdi və "Azərbaycanın ən yaxşı investisiya şirkəti" nominasiyasında PAŞA Kapital qalib oldu. Mükafatlandırma və 11 nominasiya üzrə qaliblərin açıqlanması mərasimi MDB, Baltikyanı ölkələrin və Qafqaz regionunun XVI İstiqraz konqresi çərçivəsində həyata keçirilmişdir.

Azərbaycanca

BirBank “NETTY” mükafatı alıb

Kapital Bank-ın BirBank mobil tətbiqi Azərbaycan Milli İnternet Mükafatı olan“NETTY”mükafatına layiq görülüb. BirBank “İlin mobil tətbiqi” nominasiyasında qalib seçilib.

Azərbaycanca

Güzəşt müddətli kredit kartları təklif edən banklar - ARAŞDIRMA

Artıq əksər insanlar bir çox gündəlik fəaliyyətlərində plastik kartlardan istifadə edir. Plastik kartlar debet ve kredit kartları olmaqla iki hissəyə bölünür. Debet kartları müştərilərin öz vəsaitləri hesabına bank əməliyyatlarının aparılması üçündür. Kredit kartları isə əsasən bank tərəfindən ayrılmış müəyyən limit daxilində istifadə imkanı verən kartlardır.

Azərbaycanca

Ödənişli xidmətlərin dəyəri artıb

2019-cu ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,2 faiz artaraq 3324,2 milyon manat olub.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »