2019-cu ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz artaraq 7 milyard 521,1 milyon manata çatıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, büdcənin xərcləri 21 faiz artaraq 7 milyard 220,5 milyon manat təşkil edib. Büdcənin icrasında yaranan 300,6 milyon manatlıq profisit ümumi daxili məhsulun 1,3 faizinə bərabər olub.
Büdcə daxilolmalarının 21,1 faizi əlavə dəyər vergisinin payına düşüb
