Banco.az | Tezliklə

Qeyri-neft sektorunda şəffaflaşma prosesləri sürətlənib

Dövlət-biznes münasibətlərində şəffaflığın təmin edilməsi, "kölgə iqtisadiyyatı"nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznesin öz dövriyyələrini leqallaşdırması istiqamətində əldə olunan nəticələr qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının artımına gətirib. Xüsusilə də özəl sektorun vergi daxilolmalarında xüsusi çəkisinin yüksəlməsi müşahidə olunmaqdadır.

Azərbaycanca

MİDA-nın sərəncamında olan mənzillərin sayı açıqlanıb

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) sərəncamında olan mənzillər barədə statistik göstəriciləri açıqlayıb. Məlum olub ki, bundan sonra 5.644 mənzil güzəştli şərtlərlə satılacaq. İndiyədək Yasamal Yaşayış Kompleksində 1.654 mənzil inşa edilib və onlardan 574-ü artıq satılıb. Qalan mənzillərin 253-ü isə artıq satışa çıxarılıb. Yaxın vaxtlarda isə daha 827 mənzil satışa çıxarılacaq.

Azərbaycanca

İyun ayında gömrük daxilolmaları 13 faiz artıb

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 milyon 663,5 min manat vergi və rüsum daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38.303,3 min manat və yaxud 13,05 faiz çoxdur. Ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 9 milyon 325,4 min manat, yaxud 13,2 faiz artaraq 80 milyon 19,1 min manat olub.

Azərbaycanca

Avropalılar və amerikalılar iri internet şirkətlərinə əlavə vergi qoyulmasına tərəfdardırlar

"Sputnik" agentliyinin apardığı rəy sorğusuna əsasən, avropalıların böyük əksəriyyəti, amerikalıların isə yarıdan çoxu "Facebook", "Apple", "Google2 və "Amazon" kimi iri şirkətlərə əlavə vergi qoyulmasına səs veriblər.

Azərbaycanca

"Qızılın qiyməti 2020-nin ilk rübündə 1500 dollara qalxa bilər"

"Commonwealth Bank of Australia" (CBA), qızılın unsiyasının qiymətinin 2020-ci ilin Mart ayında 1500 dollar ətrafına yüksələcəyini təxmin edir.

Bankın analitiki Vivek Dhar, Fed-in növbəti 12 aylıq dövrdə dörd dəfə faiz endirəcəyi gözləntisi ilə əlaqədar olaraq qızılın bahalaşacağını gözləndiklərini qeyd edib.

Azərbaycanca

Depozit hərracında tələb təklifi 6 dəfəyə yaxın üstələyib

08.07.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 857,5 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,51% təşkil etmişdir. Beləliklə, tələb təklifi 6 dəfəyə yaxın üstələyib.

Azərbaycanca

Dövlət Gömrük Komitəsi iyunda büdcəyə ödənişləri 13% artırıb

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 milyon 663,5 min manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 38 milyon 303,3 min manat və yaxud  13,05% çoxdur.

Azərbaycanca

BirKart-dan Facebook Messenger istifadəçilərinə yarışma!

Kapital Bank BirKart-ın Facebook səhifəsində yeni yarışmaya start verir. 8-18 iyul tarixlərində baş tutan müsabiqənin maraqlı tərəfi odur ki, yarışma insan tərəfindən deyil, “Aican” botu tərəfindən keçiriləcək.

Azərbaycanca

Dünyada ən çox satış gəliri əldə edən 5 şirkət

Fortune  2018-ci il Qlobal 500 siyahısını açıqlayıb.

Amerika pərakəndə sektorunun aparıcı şirkəti Walmart 514,4 milyard dollar satış gəliri ilə siyahıda ilk yeri tutur.

Azərbaycanca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Analitiklər bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

 

EUR

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »