Mərkəzi banklar səngiyən qlobal iqtisadi artım, ticarət, geo-siyasi gərginliklər və ehtiyatları dollardan fərqli bir şəkildə şaxələndirmək istəmələrilə 2019-da qızıl ehtiyatlarını artırıblar.
Mərkəzi banklar qızıl ehtiyatlarını artırırlar
Mərkəzi banklar səngiyən qlobal iqtisadi artım, ticarət, geo-siyasi gərginliklər və ehtiyatları dollardan fərqli bir şəkildə şaxələndirmək istəmələrilə 2019-da qızıl ehtiyatlarını artırıblar.
Elektriklə işləyən avtomobillərin istehsalına və satışına dünyada ciddi vergi güzəştləri tətbiq edilir və bu, yeni bir qlobal tendensiyanın yaranmasına təkan verir. 2019-cu ilin ilk altı ayının statistik nəticələrinə görə, Norveçdə iki avtomobildən biri elektriklə işləyir.
Avstriyanın Alp dağları xizək və ya snoubortla sürüşməyi sevənlər üçün ideal məkan sayılır. Bununla belə, bu cəlbedicilik müəyyən problemlər də yaradır. Hər il ölkədə 150 min sürüşmə həvəskarı sümük sınığı və digər xəsarətlərlə Avstriya xəstəxanalarına yerləşdirilir. Buna görə də hökumət turistlərdən "gips vergisi" deyilən ödəniş tutmağı qərara alıb. Bu ödəniş otel və pansionatların sahibləri tərəfindən yığılır.
2019-cu ilin yanvar-may ayları üzrə elektron qaimə-faktura ilə rəsmiləşdirilmiş dövriyyənin həcmində artım qeydə alınıb. Ötən ilin ilk 5 ayında qeyri-neft sektorunun dövriyyəsində elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələrin ümumi həcmi 59,5 faiz təşkil etdiyi halda, bu ilin eyni dövründə həmin göstərici 65,7 faizə yüksəlib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,52 ABŞ dolları və yaxud 0,79% artıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 66,55 dollar təşkil edib.
Foreks bazarlarında dolların ucuzlaşması və EUR/USD məzənnəsinin yenidən 1.13$, Brentin isə 64$-a kimi bahalaşması proqnozlaşdırılır.
Foreks bazarlarında dolların ucuzlaşması və EUR/USD
Almaniyanın Baş naziri Angela Merkelin hökumətinin Döyçe Bankın (Deutsche Bank) işçilərinin beşdə birini işdən çıxarması qərarına biganə qalacağı bildirilir.
Azərbaycan Beynəlxalq Bankı namizədləri elan olunmuş 19 yeni vakansiya üzrə müraciət etməyə çağırır.
Vakansiyalar haqqında daha ətraflı aşağıdakı linklərdə:
Bitkoin 12 dolları da keçdi. Son sutka ərzində dünyanın ən bahalı kriptovalyutası 10.44% bahalaşaraq 12 632 dollar olub.
Ümumilikdə isə sopn bir həftə ərzində bitkoinin qiyməti 9600-12800 dollar arasında dəyişib.
Gürcüstanda ABŞ dolları və avro milli valyuta olan lariyə qarşı yenidən bahalaşıb.
Gürcüstan Milli Bankının iyulun 9-na müəyyən etdiyi məzənnəyə əsasən, 1 ABŞ dolları 2,8320 lari təşkil edir.