2019-cu ilin may ayında Azərbaycanda bankomatlar və POS-terminallar vasitəsilə ödəmə kartlarının dövriyyəsi 1,96 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 32,6 faiz çoxdur.
Nağdsız ödənişlərə maraq artır
2019-cu ilin may ayında Azərbaycanda bankomatlar və POS-terminallar vasitəsilə ödəmə kartlarının dövriyyəsi 1,96 milyard manat təşkil edib ki, bu da 2018-ci ilin eyni göstəricisindən 32,6 faiz çoxdur.
Bir müddət əvvəl dayanmadan bahalaşan bitkoin son bir neçə gündə yenidən ucuzlaşır. Son 24 saat ərzində bitkoin 2.03% dəyər itirərək 11 305 dollar olub.
Ümumilikdə isə son bir ay ərzində bitkoinin qiymətində böyük volatillik müşahidə olunur. Belə ki, son bir ay ərzində bitkoinin qiyməti 7 500 – 13 500 dollar arasında dəyişib.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) bu il Azərbaycanda gündəlik neft hasilatının orta həcmi üzrə proqnozunu ötən aydakı proqnozdan 0,01 min barel azaldaraq 800 min barel olacağını proqnozlaşdırıb.
Bu barədə OPEC-in iyul ayı üzrə hesabatında bildirilir.
OPEC, ABŞ-da artmağa davam edən şist nefti hasilatının dəstəyi ilə 2020-ci ildə təklif artıqlığının yaranacağını gözləyir.
Dünya neftinin 30 faizini hasil edən Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) gələn il ehtiyac duyulduğundan gündəlik 560,000 barel əlavə neft hasil olunacağı proqnozunu verib.
Kənd Təsərrüfatı Nazirliyi noyabr ayına qədər ölkədə pambıq yığımının başa çatacağına ümid edir. Bunu nazir İnam Kərimov deyib.
Fed Sədri Pauel, Senatda çıxışında, Fed-in faiz endirməsi üçün sahəsi olduğunu qeyd edib.
Fed sədri Cerom Pauel (Jerome Powell), ABŞ mərkəzi bankının pul siyasətini yumuşaltmaq üçün sahəsi olduğunu bildirib. O, inflyasiya və işsizlik nisbəti arasındakı əlaqənin zəiflədiyini qeyd edib.
Beynəlxalq maliyyə bazarlarında dollara nisbətən məzənnələrin 1% və neft fyuçerslərinin 69$-a kimi dəyər qazana biləcəyi proqnozlaşdırılır.
Beynəlxalq valyuta birjalarında dolların digər aparıcı valyutalara nisbətən məzənnələri ucuzlaşmaqda davam edir və təhlillərə əsasən, əlavə olaraq 1% də ucuzlaşa bilər.
“Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə bir sıra dəyişikliklər edilib.
ABŞ Əmək Nazirliyi tərəfindən Cümə günü açıqladığı məlumatlara görə,ölkədə istehlakçı qiymətləri İyunda aylıq müqayisədə 0.1 faiz, illik müqayisədə 1.6 faiz artım qeyd edib. Proqnozlar müvafiq olaraq 0.0 faiz və 1.6 faiz idi.
30.06.2019 tarixinə olan məlumata əsasən Azərbaycan Kredit Bürosu (Büro) ilə müqavilə imzalamış təşkilatların sayı 126-yaçatmışdır. Hesabat dövrü ərzində 6 yeni təşkilat, o cümlədən1 bank olmayan kredit təşkilatı, 2 lizinq şirkəti, 2 kredit ittifaqı və 1 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxsilə müqavilə imzalanmış və Büro sisteminə inteqrasiya edilmişdir.