Azərbaycan Mərkəzi Bankı cari il üzrə nağdsız əməliyyatların həcmi ilə bağlı hesabat hazırlayıb.
Azərbaycanda ödəniş kartları ilə aparılmış əməliyyatların həcmi 9.532 milyon manata yüksəlib
Azərbaycan Mərkəzi Bankı cari il üzrə nağdsız əməliyyatların həcmi ilə bağlı hesabat hazırlayıb.
Ötən ay Gürcüstanda iqtisadi artım 5% təşkil edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Bu ilin ilk 6 ayı ərzində orta iqtisadi artım isə 4,9%-ə bərabər olub.
"Keçən ilin sonlarından başlayan vergi islahatları ölkədə çox ciddi vüsat almaqdadır. Bu gün artıq 2019-cu ilin birinci yarım illiyinin yekunlarına görə həm vergi, həm də bütövlükdə fiskal siyasətlə, büdcə vergi siyasəti ilə bağlı həyata keçirilən islahatların müəyyən nəticələrinin şahidi oluruq". Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru, iqtisadçı ekspert Elşad Məmmədov bildirib.
Azərbaycanda fəaliyyət göstərən bankların ATM-lərinin sayı artıb. Bu haqda məlumatı APA Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən yayıb. Məlumata görə, cari il iyunun 30-na Azərbaycandakı bankların 513 filialı, 129 şöbəsi və 2.571 ATM-i fəaliyyət göstərib. Ötən ilin analoji dövrü ilə müqayisədə bu göstəricilər müvafiq olaraq 0,4 faiz, 10,9 faiz və 3,6 faiz artıb.
"Azərbaycanda özəl sektorda sürətli inkişafa nail olunub. Ölkədə sahibkarlığın inkişafı üçün münbit şərait yaradılır".
Bunu bu gün Bakıda “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda keçirilən konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
“Unibank” ASC 2019-cu ilin 1-ci yarısını (yanvar-iyun) 62 milyon 435 min manat xalis mənfəət ilə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur. “Unibank” ASC 2018-ci ilin birinci yarısını 14 milyon 639 min manat xalis mənfəətlə bağlamışdı.
Daxili Nəzarət və Komplayns departamenti
Vəzifəyə olan tələblər:
Bu ilin iyun ayının sonuna Azərbaycanın bank sektorunda çalışan işçilərin sayı aylıq və illik müqayisədə artıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, iyunun 30-nə ölkədə fəaliyyət göstərən banklarda 18.288 işçi çalışıb ki, bu da cari ilin may ayı ilə müqayisədə 0,5 faiz (97 nəfər), illik müqayisədə isə 9,3 faiz (1.551 nəfər) çoxdur.
ABŞ-ın vergi orqanları kriptovalyuta sahiblərinə kütləvi qaydada məktublar göndərərək onlardan öz gəlirləri haqqında hesabat vermələrini və virtual valyuta ilə etdikləri tranzaksiyalar üçün arayış təqdim etmələrini tələb ediblər. "Wall Street Journal" nəşrinin məlumatına əsasən, göstərilən məlumatları verməkdən imtina edənləri ciddi maliyyə sanksiyaları gözləyir. ABŞ-ın Daxili Gəlirlər Xidməti ümid edir ki, vətəndaşlar bu tələblərə ciddi yanaşacaqlar.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qax rayonunda işəgötürənlər üçün "Əmək münasibətlərinin rəsmiləşdirilməsi, əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi, xitam verilməsinin əsasları qaydaları" və "Qeyri-rəsmi məşğulluğun qarşısının alınması" mövzularında maarifləndirmə tədbiri keçirib.