Gürcüstan Milli Bankı avqustun 1-də valyuta hərracında 40 milyon ABŞ dolları satacaq.
Bu barədə bank məlumat yayıb.
Gürcüstan Milli Bankı avqustun 1-də valyuta hərracında 40 milyon ABŞ dolları satacaq.
Bu barədə bank məlumat yayıb.
"Lizinq fəaliyyəti ilə bağlı islahat nəticəsində bazarda texnikanın qiymətində təxminən 30 faiz ucuzlaşma baş verib".
Bunu İyulun 31-də Prezidentin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib.
"Əhalinin devalvasiya dövründə zərər gördüyü valyuta kreditlərinin Sizin Fərmanınız və təşəbbüsünüzlə kompensasiya olunması prosesi tam başa çatıbdır, bu vəsaitlər əhaliyə ödənilibdir".
"İnfrastruktur layihələrinin həyata keçirilməsi üzrə müəyyən geriləmələr dövlət büdcəsinin gəlirlər proqnozunun və xərclərinin icrasında bizə müəyyən maneələr yarada bilər".
Bunu İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı Maliyyə naziri Samir Şərifov bildirib.
“Altı ayda icmal büdcəsinə cari daxilolma Vergilər Nazirliyi tərəfindən təmin olunub və 4 milyard 954 milyon manat təşkil edib. Bunun 3 milyard 633 milyon manatı vergi və dövlət rüsumlarıdır, 1 milyard 321 milyon manatı isə məcburi sosial sığorta və işsizlikdən sığorta haqqıdır. Bu, müvafiq olaraq 108,8 faiz vergilər üzrə və müvafiq olaraq 112,5 və 116 faiz məcburi sosial sığorta və işsizlikdən sığorta üzrə rəqəmlərdir”.
Azərbaycanın valyuta bazarında təklif tələbi 1 milyard dollar üstələyir. Belə bir dollar bolluğu şəraitində Manat bahalaşma təzyiqi altındadır
"Bütövlükdə manatın məzənnəsi, qeyd etdiyiniz kimi, sabitdir və sabit olaraq qalır".
“Valyuta ehtiyatlarımız artır. Valyuta ehtiyatlarımız rekord həddə çatıb – 49 milyard dollar səviyyəsindədir”.
Bunu İyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib.
"Mərkəzi Bankın özünün də valyuta ehtiyatları artır. Cari ildə biz valyuta ehtiyatlarımızı 330 milyon dollardan çox artırmışıq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Bank Respublika 2019-cu ilin birinci yarımilliyinə dair maliyyə hesabatlarını açıqlayıb. Yarımilliyin nəticələrinə əsasən, Bank inkişaf tempini möhkəmləndirib və bütün istiqamətlər üzrə dinamik inkişaf etməyə davam edib.
“AccessBank” 2019-cu ilin birinci yarısına dair maliyyə hesabatını açıqlayıb.
Bankın yaydığı məlumatda deyilir ki, ənənəvi olaraq bankın depozit portfeli artım nümayiş etdirib.