Banco.az | Tezliklə

BP 2019-cu ilin 1-ci yarısı üzrə hesabat verdi

BP 2019-cu ilin 1-ci yarısının yekunları üzrə biznes əməliyyatı hesabatını yayımlayıb.

 

Azəri-Çıraq-Günəşli (AÇG)

Azərbaycanca

Azərbaycanın ən böyük neft sahəsindən hasilat azalıb

Azərbaycanın ən böyük neft sahəsi - Azəri Çıraq-Günəşli (AÇG) yatağından hasilat 13% azalıb.

2019-ci ilin 1-ci yarısında AÇG-dən hasilat 98 milyon bareldən artıq, yəni 13 milyon ton olub. 2018-ci ilin 1-ci yarısında AÇG-dən ümumilikdə təqribən 108 milyon barel, yəni 15 milyon ton neft hasil edilmişdi.

Azərbaycanca

Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artıb

Bakı Şəhər Statistika İdarəsi işçilərin orta aylıq əmək haqları ilə bağlı məlumat yayıb. Hesabatda qeyd olunur ki, bu ilin yanvar-may aylarında əvvəlki ilin analoji dövrü ilə müqayisədə Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 821,4 manat olub.

Azərbaycanca

Mənzillərin özəlləşdirilməsi sahəsində illik müqayisədə 30 faizdən çox artım var

Bu ilin 6 ayında ölkə üzrə 9.141 mənzil özəlləşdirilib. Ötən ilin eyni dövrü ilə müqayisədə özəlləşdirilmiş mənzillərin sayı 30,4 faizədək artıb. Ümumilikdə isə özəlləşdirmə başlayandan bu günədək ölkə üzrə 570 mindən çox mənzil özəlləşdirilib.

Azərbaycanca

BMT-nin İnkişaf Proqramı tərəfindən 1.000-ə yaxın ailə özünüməşğulluq proqramı üzrə aktivlə təmin ediləcək

Ötən il özünüməşğulluq proqramı çərçivəsində 6 min ailə mikro və kiçik biznesə başlamaq üçün aktivlərlə təmin edilib. Dövlət başçısının göstərişinə əsasən, bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edilib və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il həmin proqramla əhatə edilməsi planlaşdırılır.

Azərbaycanca

“Bank Respublika”nın Marketinq direktoruna yeni vəzifə verildi

31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

İclasın gündəliyində duran əsas məsələ “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2019-cu il Fərmanının icrası ilə bağlı ABA tərəfindən müvafiq qurumlara təqdim edilmiş, bəzi qanunvericilik aktlarına əlavə və təkliflərin müzakirəsi və cari məsələlər olmuşdur.

Azərbaycanca

ABA-nın iki qrupuna sədr təyin edilib

31 iyul 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyası (ABA) Rəyasət Heyətinin iclası keçirilib.

Azərbaycanca

"Expressbank" nağd pul kreditinin illik faizini 17- yə endirdi

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən ölkənin aparıcı banklarından olan Expressbank müştərilərin nağd pul kreditini əldə etmək imkanını daha da rahatlaşdırdı. Artıq müştərilər 17% -dən başlayaraq 48 aya ödəmə imkanı olan25.000 –dək nağd pul kreditini bankın istənilən filialına yaxınlaşıb rəsmiləşdirə bilərlər. Əmək haqqının on misli nağd pul üçün isə müştəridən zamin və girov tələb edilmir.

Azərbaycanca

Azərbaycan qazı Avropanın bir addımlığında

Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi 6,7 mlrd. ABŞ dollarına başa gəlib. Bu barədə "APA-Economics"ə SOCAR-dan bildirilib. Məlumata əsasən, ilkin investisiya dəyəri 11,7 mlrd. dollar olan TANAP layihəsinin tikintisi zamanı 5 mlrd. dollara yaxın vəsaitə qənaət edərək, SOCAR və tərəfdaşları birlikdə layihənin ümumi xərclərini 40 faiz azaltmağa nail olub.

Azərbaycanca

Rusiyada mədəniyyət, təhsil və səhiyyə sahələrində vergi güzəştləri tətbiq ediləcək

Rusiya Prezidenti Valadimir Putin mədəniyyət, təhsil və səhiyyə sahələrində vergi güzəştlərinin tətbiq edilməsi barədə qanunun qəbul edilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni qanun regional və bələdiyyə muzeylərinin, teatrların, eləcə də kitabxanaların əldə etdikləri mənfəət üçün, bir sıra tələblərin nəzərə alınması şərtilə, sıfır vergi dərəcəsi müəyyənləşdirir.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »