Banco.az | Tezliklə

London Birjasından 27 milyard dollarlıq satınalma

London Birjası (LSE) şirkətlər, banklar və investorlara xəbər, məlumat və analitik məlumat verən "Refinitiv" şirkətini 27 milyard dollara satın aldığını bildirib.

Azərbaycanca

“Amrahbank”ın faiz gəlirləri kəskin artıb

“Amrahbank” 2019-cu ilin 1-ci yarısı (yanvar-iyun) üzrə maliyyə göstəricilərini açıqlayıb.

2018-ci ilin 1-ci yarısının sonu ilə müqayisədə “Amrahbank”ın cəmi aktivləri 5 milyon 764 min manat və ya 2,9% artaraq 30 İyun 2019-cu il tarixində 201 milyon 981 min manat təşkil edib.

Azərbaycanca

Ödəmə vaxtı keçmiş kreditlər İyunda cüzi azalıb

2019-cu ilin İyun ayında ödəmə vaxtı keçmiş kreditlər 7,8 milyon manat azalaraq 1 milyard 486,5 milyon manata düşüb. May ayının sonunda ödəmə vaxtı keçmiş kreditlər 1 milyard 494,3 milyon manat təşkil etmişdi.

Cari ilin 1-ci yarısında vaxtı keçmiş kreditlər 98,5 milyon manat azalıb.

Azərbaycanca

Mərkəzi Bank valyuta ehtiyatlarının yeni məbləğini açıqladı

31 İyul 2019-cu il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları 5 milyard 962,8 milyon dollar təşkil edib.

Bu, İyun ayının sonu ilə müqayisədə 23,4 milyon dollar çoxdur.

Azərbaycanca

AccessBank təmir-tikinti işlərinin aparılmasına dair tender elan edir

AccessBank maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir.

Bankın məlumatında deyilir ki, tender təmir-tikinti işlərinin aparılması ilə əlaqədar elan olunub.

Azərbaycanca

Bu ilin yarım ilində AÇG-nin əməliyyat və əsaslı məsrəfləri artıb

Bu ilin birinci yarısında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə fəaliyyətlərə, təqribən, 272 mln dollardan artıq əməliyyat məsrəfləri xərclənib.

Azərbaycanca

Bu ilin ilk yarısında ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 17% azaldıb

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin birinci yarım ili ərzində Azərbaycan Dövlət Neft Şirkətinə (

Azərbaycanca

Bakının ticarət dövriyyəsinin həcmi 3 faiz artaraq 9.987,0 mln. manat olub

Bakı Şəhər Statistika İdarəsi ticarət dövriyyəsi ilə bağlı məlumat yayıb. Hesabatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Bakının ticarət dövriyyəsinin həcmi 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3 faiz artaraq 9.987,0 mln. manat olub. Qeyd olunur ki, hesabat dövründə Bakının ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 4.617,5 mln.

Azərbaycanca

Yarım ildə Bakının ictimai iaşə dövriyyəsi 478,1 mln. manat təşkil edib

Bakı Şəhər Statistika İdarəsi Bakının ictimai iaşə dövriyyəsi ilə bağlı məlumat yayıb. Hesabatda qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4 faiz artaraq 478,1 mln. manat olub. Qeyd olunur ki, hesabat dövründə dövriyyənin 44,3 faizi hüquqi şəxs statuslu müəssisələrin, 55,7 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb.

Azərbaycanca

ABŞ dollarının məzənnəsi son 2 ilin ən yüksək həddinə çatıb

ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini azaltması qlobal maliyyə bazarlarında dolların məzənnəsini son 2 ilin ən yüksək həddinə çatdırıb. 

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »