Banco.az | Tezliklə

Azərbaycan neftinin son qiyməti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,63 ABŞ dolları və yaxud 1% azalıb.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti 62,32 dollar təşkil edib.

Azərbaycanca

Qrant müqaviləsi üzrə əməliyyatlara hansı halda ƏDV sıfır dərəcə ilə tətbiq edilməlidir?

Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlara ƏDV sıfır (0) dərəcə ilə tətbiq olunur. Bəs qrant və resipiyent nədir? Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Azərbaycanca

İsveçdə dilənmək üçün lisenziya tələb olunur

Bu qayda ölkənin bütün ərazisində deyil, İsveç krallığının mərkəzində yerləşir və təxminən 70 min əhalisi olan Eskilstuna şəhərində qüvvədədir. AZƏRTAC-ın məlumatına əsasən, yeni sxem Eskilstuna şəhər şurası tərəfindən 2018-ci ilin iyununda qəbul edilib. Hazırda dilənçilər üçün lisenziya haqqının məbləği 250 İsveç kronudur ki, bu da 44 manatdan çoxdur. Lisenziyanın qüvvədə qalmaq müddəti 3 aydır – bu müddət bitəndən sonra lisenziya yenilənməlidir.

Azərbaycanca

Bitkoin yenidən 12 min dollara yaxınlaşır

Bitkoin 12 min dollara yaxınlaşır. Son sutka ərzində bitkoin cüzi ucuzlaşsa da amma ümumilikdə son bir neçə gün ərzində adı qeyd edilən coinin qiymətində artım var. Belə ki, hazırda bitkoin 11 677 dollara satılır.

Azərbaycanca

Azərbaycan fondu 44 tondan çox qızıl alıb

30 iyun 2019-cu il tarixinə Azərbaycan Dövlət Neft Fondunun investisiya portfelinə daxil olan qızılın miqdarı 95,47 ton (3 069 414,783 troya unsiyası və ya 4 milyard 356,4 milyon ABŞ dolları) təşkil edib.

Azərbaycanca

Bir gündə 117 milyard dollar itirdilər

ABŞ və Çin arasındakı ticarət müharibəsi dünyadakı ən varlı 500 insanın bir gündə 117 milyard dollar itirməsinə səbəb olub.

Azərbaycanca

Çin Xalq Bankı yuanın məzənnəsini yenə də dollar qarşısında azaldıb

Çin Xalq Bankı ölkənin milli valyutası yuanın ABŞ dolları qarşısında məzənnəsini daha 0,47% azaldıb. 

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Çini məzənnəni manipulyasiya edən ölkə kimi tanıyıb.

Report.az

Azərbaycanca

Dollar/Türk Lirəsi məzənnəsinin 5 səviyyəsindən də aşağı düşəcəyi gözlənilir

Qlobal maliyyə şirkətlərindən biri olan “Societe Generale” Dollar/TL məzənnəsinin 4.7026 lirəyədək düşə biləcəyini nəzərdə tutur.

Azərbaycanca

Səhifələr

« first ‹ previous … last »