Ölkədə aparılan iqtisadi, o cümlədən vergi islahatlarının nəticələri özünü xarici ticarət dövriyyəsində daha aydın göstərir. 2019-cu ilin ilk yarısının yekunlarına əsasən, Özbəkistanın xarici ticarət dövriyyəsi keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,52 milyard ABŞ dolları və ya 29,8 faiz artıb. İxrac 8,44 milyard dollar (artım tempi 27 faiz), idxal isə 11,24 milyard dollar (artım tempi 32 faiz) təşkil edib. Xarici ticarət saldosu mənfi 2,8 milyard dollar olub.
Özbəkistanda aparılan vergi islahatları bəhrəsini verir