Braziliya Mərkəzi Bankı, pul vahidi Real kəskin dəyərdən düşdüyünə görə 10 ildən sonra ilk dəfə dollar satacağını açıqlayıb.
Dollar satışı ilə bərabər banklara tərs swap əməliyyatları və törəmə alətlər də təqdim ediləcəkdir.
Braziliya Mərkəzi Bankı, pul vahidi Real kəskin dəyərdən düşdüyünə görə 10 ildən sonra ilk dəfə dollar satacağını açıqlayıb.
Dollar satışı ilə bərabər banklara tərs swap əməliyyatları və törəmə alətlər də təqdim ediləcəkdir.
“Günay-Lizinq” MMC-yə yeni direktor təyin edilib.
Bu vəzifə Rəşad Hüseynzadəyə həvalə olunub.
O, indiyə qədər şirkətdə mütəxəssis kimi çalışıb və yeni vəzifəsində Fərid Beybutovu əvəz edəcək.
Kapital Bank müştəri xidmətinin inkişafı istiqamətində mütəmadi olaraq yeniliklər həyata keçirir.
Artıq uzun müddətdir sahibkarlar və hüquqi şəxslər üçün fəaliyyət göstərən Müştəri Bank sistemi sayəsində, müştərilər daha rahat şəkildə onlayn əməliyyatlar etmək imkanını qazanıblar.
Kadrlar siyasətinə ciddi dəyişikliklər edən Bank “BTB” Hüquq Departamentinə direktor təyin edib.
İyul ayından etibarən Vüsal Ələkbərov Hüquq Departamentinə direktor təyin edilib. O, bankın bütün hüquqi və məhkəmə proseslərinə və Departamentin nəzdində fəaliyyət göstərən iki şöbəyə rəhbərlik edəcək.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,28 ABŞ dolları və yaxud 3,56% azalıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 61,81 dollar təşkil edib.
2019-cu ilin 7 ayı ərzində Dövlət Gömrük Komitəsinin xəttilə dövlət büdcəsinə 2 milyard 478 milyon 555 min manat daxil olub.
Komitənin aylıq hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 537 milyon 397 min manat və ya 27,7% çoxdur.
2019-cu ilin Avqust ayının 15-nə Mərkəzi Bankın açıqladığı rəsmi Dollar/Manat məzənnəsi Avqustun 14-ü ilə müqayisədə dəyişməyərək 1,7000 manat olub, Avro/manat məzənnəsi 1.8958 manata, Rubl/manat məzənnəsi isə 0,0258 manata düşüb.
1 Türk lirəsi isə 0,3044 manata geriləyib.
ABŞ Prezidenti Donald Tramp, Honq Konqda davam edən hadisələrlə əlaqədar olaraq Çin Dövlət başçısı Xi Jinping-ə çağırış edib.
Tramp “Twitter” hesabından, "Çin əlbəttə bir müqavilə bağlamaq istəyir, ancaq əvvəl Honq Konq ilə insani bir şəkildə maraqlansınlar!" şərhini edib.
Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 6-nın bu ilin yanvar-iyun aylarındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.
Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 27 il keçir. Azərbaycanın milli pul vahidi manat 15 avqust 1992-ci il tarixində dövriyyəyə buraxılmışdır.